İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət partiyalarının əksəriyyəti bələdiyyə seçkilərinə hazırlaşmır

573 08.04.2014 08:20 Siyasət A A

Lakin Azərbaycanda seçki ab-havasından əsər-əlamət yoxdur, seçki mübarizəsinin heç mehi də əsmir. Seçkilərə maraq o dərəcədə aşağıdır ki, ölkənin aparıcı müxalifət təşkilatı olan Müsavat Partiyası hələ bələdiyyə seçkiləri ilə bağlı qərar verməyib. Müsavatın Divan üzvü İkram İsrafil bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onun fikrincə, Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak eləməlidir və seçkiyə hazırlaşmalıdır. Hələ ki Müsavatın bələdiyyə seçkilərinə hazırlıqla bağlı konkret planda hər hansı müzakirə aparılmayıb: “Partiyanın seçkidə iştirak edib etməməklə bağlı qərarı hələ qəbul edilməyib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbərliyi  rayonlarda keçirdikləri müşavirələrdə rayon təşkilatlarımızın bələdiyyə seçkilərinə münasibətini öyrənirlər. 

Ümumi rəy iştirak etmək tərəfdarı olacaqsa, yəqin ki, Müsavat Partiyası seçkidə iştirak edəcək. Ancaq bələdiyyə seçkilərinə qədər demokratik seçki şəraiti və bələdiyyələrin statusunun artırılması istiqamətində hakimiyyətin həyata keçirməli olduğu mühüm işlər var. Məhz bu addımlar atılarsa, bələdiyyə seçkilərinə siyasi qüvvələrdə ciddi maraq yaranar və normal seçki prosesi keçər. Bərabər rəqabət şəraitinin olmaması insanları, o cümlədən partiyalarda təmsil olunanları ruhdan salır. İnsanlarda seçkiyə, eyni zamanda bələdiyyələrə inamsızlıq mövcuddur. Ona görə də bələdiyyə seçkilərinə az vaxt qalmasına baxmayaraq, ölkədə hələlik seçki əhval-ruhiyyəsi hiss olunmur.


Heç olmasa bələdiyyə seçkiləri demokratik keçirilsə, bələdiyyə üzvləri demokratik seçki ilə seçilsə cəmiyyətdə seçkilərə müəyyən qədər maraq yaranar".

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın Siyasi Şurasının 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində iştirak etməklə bağlı qərar verdiyini bildirdi. Artıq partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı seçki qərargahı da formalaşdırılıb. Partiya sədrinin müavini Arif İsmayılbəyli seçki qərargahının sədri təyin edilib.

 Seçki qərargahının üzvləri də təyin olunub və qərargah artıq işə başlayıb: “Hələlik hər bələdiyyəyə bir nəfər namizəd irəli sürməyi düşünürük. Lakin say bir qədər çox da ola bilər. Keçən dəfəki seçkilərdə ümumilikdə 800 nəfərdən artıq namizəd irəli sürmüşdük. Çox təəssüf ki, seçki dairələrinin və icra hakimiyyəti orqanlarının yaratdığı əngəllər üzündən 150-dən bir qədər artıq namizədimiz qeydiyyata alındı, onlardan 115 nəfəri müxtəlif bələdiyyələrə seçildi. Ümid edirik ki, bu il keçən dəfə yaradılan problemlər yaradılmayacaq.

Məqsədimiz bələdiyyə seçkisində partiya olaraq tək iştirak etməkdir. Çünki bələdiyyə seçkiləri elə spesifik seçkidir ki, blok şəklində iştirak etmək problemlər yaradır. Ümumiyyətlə isə seçki dövründə müxalifət partiyaları arasında əməkdaşlığın tərəfdarıyıq".

S.Əsədli Azərbaycanda bələdiyyə seçkilərinə cəmiyyətin, siyasi qüvvələrin ciddi maraq göstərmədiyinin də problem olduğunu dedi: “Bələdiyyələrə ciddi maraq olmaması seçki kampaniyasına mənfi təsir edir. Azərbaycanda təəssüf ki, bələdiyyələrin statusu, səlahiyyəti son dərəcə cüzidir. Bələdiyyələr faktiki olaraq icra hakimiyyətlərinin qapazaltı orqanına çevrilib. Bələdiyyənin elementar səlahiyyəti yoxdur ki, nəyisə həll eləsin. Belə olduğu üçün də vətəndaşda bələdiyyə seçkisində həm namizəd, həm də seçici kimi iştiraka maraq qalmır”.

AXCP-dən və AMİP-dən isə bildirildi ki,  bələdiyyə seçkilərində iştirak və hazırlıqla bağlı qərar verməyiblər.

Etibar SEYİDAĞA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR