İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayaz Mütəllibov Araz Əlizadənin namizədliyini dəstəklədi

3006 20.08.2013 13:35 Siyasət A A
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov yaxın dostu, ASDP sədri Araz Əlizadənin prezidentliyə namizədliyini dəstəkləyib.

Bu barədə Modern.az saytına Araz Əlizadə özü məlumat verib.

Partiya sədrinin sözlərinə görə, Ayaz Mütəllibov onun namizədliyini müsbət qarşılayıb:  “Ayaz müəllim mənim namizədliyimi normal qarşıladı. Dəstək olduğunu bildirərək uğurlar arzuladı”.

A.Əlizadə həmçinin Ayaz Mütəllibovun Şamaxıda olması haqda xəbərlərə aydınlıq gətirib. Bildirib ki, bu, Ayaz Mütəllibovun hüququdur: “İstirahət etmək Ayaz müəllimin də hüququdur. O, Bakını tərk də edə bilər, Şamaxıya da gedə bilər. Burda nə var ki?”.

Qeyd edək ki, ASDP-nin keçmiş həmsədri, eks-prezident Ayaz Mütəllibov 2012-ci il iyulun 7-də Bakıya dönüşündən sonra siyasətdən getdini bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR