İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sifəti qanın içində idi" - öz qohumunun evinə basqın edən şəxsin cinayət işi

367 23.01.2019 14:32 Kriminal A A

Qohumunun evinə quldurluğa gedən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmədə şahidlər ifadə verib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən İlkin Məlikov və Kamran Cəngilmalıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Şahid Şahbala Tağızadə dindirilərkən deyib ki, qızıl alveri ilə məşğul olur. Tağızadə qeyd edib ki, oğlu ona zəng edərək mağazaya bir müştərinin qızıl gətirdiyini deyib: "Mən mağazada deyildim. Geri qayıdıb qızıla baxdım. 1635 manat qiymət qoydum. Əvvəlcə razılaşmada da sonradan dəstəsinin olduğunu deyib razılaşdı. Bir neçə saat sonra Binəqədi polisləri gəldi. Mən də qızılı təhvil verdim. Qızılı alanda sənədləşmə etmişdim. Onu da polisə təqdim elədim".

Hakim şahidə sual verib ki, qızıla ödədiyi pulu ala bilibmi? Tağızadənin cavabı belə olub: "Aldım, Azərbaycansayağı aldım. Polislər dedi ki, 1635 manatdan 35 manatını xərcləyib".

Məhkəmədə şahid Zaur Balazadə də dindirilib. O, qeyd edib ki, zərərçəkmişlər qonşudur: "Uşağı məktəbə aparırdım. Eşitdim ki, qonşu Solmaz xanımın həyətindən səs gəlir. Yaxınlaşanda gördüm ki, qanın içindədir. Kömək elədim, ailə üzvlərinə xəbər elədim. Solmaz xanım dedi ki, başına taxta ilə vurub boğazındakı qızıl boyunbağısını aparıblar. Sifəti qanın içində idi".

Təqsirləndirilən şəxslər növbəti məhkəmə iclasında ifadə verəcəklərini deyiblər. Məhkəmə iclası yanvarın 30-na təyin edilib.

Hadisə Binəqədi rayonu Novxanı bağlar sahəsində baş verib. Fərdi yaşayış evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İlkin Məlikovun qohumudur. O, K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR