İnsanlara hürriyət, millətlərə istiqlal!

Nişanlısından ayrılan müğənni: “Həyatımda başqa qadın var”

3513 16.01.2017 16:31 Şou-biznes A A
Bir müddət öncə nişanlısından ayrılan müğənni Vüqar Muradov şəxsi həyatından danışıb. 

Musavat.com saytına açıqlama verən müğənni bildirib ki, artıq həyatında başqa qadın var: “Şəxsi həyatımda hər şey normaldır. Yaşayıram. Qismət nədirsə, o olacaq. Mənim evlənəcəyim xanımla aramda hörmət olmalıdır. Xanımın xarici görünüşü də vacibdir. Hər zaman gözəllik axtarışında olan kişi olmuşam. 33 yaşıma kimi zahiri gözəllik axtarışında idim. İndi daxili gözəllik də mənim üçün vacibdir. İkisinin sintezi lazımdır. Həyatımda sevdiyim xanım var. Azərbaycanda yaşamır, xarici ölkələrin birində yaşayır. Münasibətlərimiz çox yaxşıdır”. 

İfaçı yeni mahnılarından da danışıb: “İki təzə mahnı yazdırmışam. Biri ”Sevdiyim ikinci qadın” adlı lirik mahnıdır. İkincisi “Sevirəm mən səni” oynaq musiqidir. Yaxın günlərdə başqa yeni mahnı ərsəyə gətirəcəyəm. Yaradıcılıq işlərim davam edir”.

Könül İbrahim,
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR