İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadirlə toy yiyəsi arasında qalmaqala son qoyuldu: “Əsəbi olmuşam”

939 17.01.2017 14:30 Şou-biznes A A
“5/5” verilişində müğənni Nadir Qafarzadə və toy sahibi arasında yaşanan qalmaqala son qoyulub. 

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı toy sahibi Vaqif Süleymanov bu gün mətbuata müraciət yayıb: 
“Hörmətli media nümayəndələri, yazıb sizə bildirirəm ki, müğənni Nadir Qafarzadə ilə aramızda olan anlaşılmazlığa son qoyduq. Hazırda aramızda heç bir problem yoxdur. Sadəcə əsəbi olduğum üçün qeyr-etik cümlələr işlətmişəm. Bizə görə də bir çox insanlar narahat oldu. Bəziləri isə bu məsələni daha da şişirtməyə, şou yaratmağa çalışdı. Ona görə də bizi tanıyanlar, üzrlü sayın. Biz artıq dost olaraq qalırıq. Əsəbi halda söylədiyimiz sözləri şouya çevirənlərə isə, demək istəyirəm ki, daha bəsdir, yekunlaşın. Bundan sonra Nadir Qafarzadə ilə bir-birimizə yalnız xoş sözlər deyə bilərik. Bir iş idi, oldu bitdi. Nadir bəyə bundan sonrakı sənət yolunda uğurlar arzu edirəm. 

Daha bu mövzuyla bağlı heç bir jurnalist məni narahat etməsin”. 

Qeyd edək ki, N. Qafarzadə “5/5” verilişində bildirib ki, rayonlardan birində toya gedib və toyda iştirak saatını ev sahibi ilə 13:00-dan 19:00-dək razılaşıb. Ancaq saat 19:00-da ev sahibi ondan daha iki saat məclisi yola verməyi xahiş edib. Lakin ifaçı həm özünün, həm də musiqiçilərinin yorulduğunu söyləyib. Toy sahibi V. Süleymanov isə efirə bağlanaraq, müğənninin yalan danışdığını söyləmişdi.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR