İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlar saatda nə qədər pul qazanır?

3122 19.01.2017 01:28 Şou-biznes A A
Bir saniyədə 243 855 dollar qazanan şirkət də var..

Məşhurların, sənətçilərin, idmançıların, oliqarxların qazandığı pullar hər zaman cəmiyyətlərdə müzakirə mövzusu olub. Bəzən sıradan insanların ay ərzində qazandıqları onların bir saniyəlik qazancına bərabər olur. Ona görə də onlar haqqında “məşhurlar pulu sutkada, saatda, dəqiqədə yox, saniyədə qazanırlar” deyimi formalaşıb. 

Amma bu göstərici təkcə məşhurlarla bağlı deyil. Elə məslək yiyələri var ki, onların qazancı da dəqiqələr hesabına əldə edilir. Bu yazıda oxucuları həmin məslək yiyələri və həmin məşhurlarla tanış edəcəyik. 

ABŞ-ın artıq eks prezidenti Barak Obamanın çinli oxşarı olan aktyor Syao Çziqo 10 dəqiqəlik çıxışına görə 1,5 min dollar pul alır. "Mən havalar isti olduğundan saçlarımı kəsdirdim. ABŞ prezidenti barədə xəbərləri izləyən yoldaşlarımdan biri mənim Obamaya oxşadığımı dedi", - Çziqo deyib.

Çinli aktyor qeyd edib ki, həmin zaman o hətta Obamanın kim olduğunu bilmirdi.  Çziqo 2012-ci ildə “Chinese Dream Show” verilişində iştirak etdikdən sonra məşhur olub.

ABŞ-ın keçmiş prezidenti Bill Klintonun qızı Çelsi Klinton bir dəqiqədə 26.724 dollar pul qazanır. Çelsi Klinton 2011-ci ilin noyabrından “NBC News” kanalında işləyib və ona ildə 600 min dollar maaş verilib. 

Azərbaycanda izləyici sayı çox olan bir neçə məşhurun bu sahədən əldə etdiyi gəlirin miqdarını araşdırıb. Məlum olub ki, onlar bir reklam xarakterli paylaşım üçün 500-6500 AZN arası pul qazanırlar.

Türkiyənin bəzi məşhurları var ki, onlar sosial şəbəkədə paylaşdıqları hər reklama görə 10 minə yaxın pul qazanırlar. Bu isə onların bir dəqiqədə nə qədər pul qazandığını hesablamağa imkan verir: 

Burcu Esmersoy 8 min (təxminən 4 min manat )
Sinem Kobal 7 min (təxminən 3.5 min manat )
İvana Sert 10 min (təxminən 5 min manat )
Eda Taşpınar 10 min (təxminən 5 min manat )
Özge Ulusoy 8 min (təxminən 4 min manat )

CNN telekanalı ən çox qazanan məslək yiyələri ilə bağlı apardığı araşdırma sonunda müəyyənləşdirmişdi ki, bu siyahıya xəstə baxıcıları liderlik edir. Onların illik qazancı isə 60 min dollar (ABŞ üçün) təşkil edir. 

Bu ilin avqust ayında “Forbes” jurnalı ən çox qazandıran 25 peşənin adını açıqlayıb. Jurnalın apardığı araşdırmalardan məlum olub ki, hazırda dünyada ən çox pul qazanan peşə sahibləri cərrahlardır. Jurnalın hesablamasına görə, onların illik qazancı 299 600 dollar təşkil edir. Digər ən çox pul qazandıran peşələr isə anestezioloq (illik gəlir 291 300 dollar), ginekoloq (illik gəlir 203 100 dollar), uşaq, ailə, diş həkimləridir. Siyahıda fizik, nüvə mühəndisi, neft platforma operatoru və digərləri də yer alır.

Bundan başqa, marketinq müdiri – illik qazancı 120.070 dollar, kompüter və informasiya sistemi rəhbəri – illik qazancı 120.640 dollar, mühəndislik şirkəti rəhbərləri – illik qazancı 122.810 dollar, stomatoloq – illik qazancı 153.570 dollar, təbiət elmləri mütəxəssisləri – illik qazancı 127.000 dollar, vəkil – illik qazancı 129.070 dollar, ayaq və bilək sağlamlığı üzrə mütəxəssislər – illik qazancı 131.730 dollar, diş protezi mütəxəssisi – illik qazancı 125.400 dollar, pediatr – illik qazancı 161.410 dollar, psixiatr – illik qazancı 163.660 dollar,  ədliyyə sistemində icra sistemi rəhbəri – illik qazancı 167.280 dollar.

Dünyanın ən varlı insanları gündə yox, saniyədə pul qazanırlar. Bu məbləğ isə kasıbların gözlərini hədəqəsindən çıxarır. Amma bu pulları xərcləyərkən çox diqqətli davranırlar. Məsələn, "Forbes" jurnalında tez-tez ən varlı adamların sırasında yer alan, 67,8 milyard dollarlıq sərvəti ilə birinci olan Karlos Slim 12 yaşından bu günə qədər yediyi, içdiyi və aldığı paltarlar da daxil olmaqla bütün xərclərini bir kənara qeyd edir. 

Karlos Slim 67 yaşındadır və müxtəlif sektorlarda 200-ə yaxın şirkətə rəhbərlik edir. Slim bahalı restoranlarda yemək yeməkdən və bahalı alış-verişlərdən xoşlanmır. Dünyanın ən varlı adamlarından biri olmasının ona nə hiss etdirməsi sualına cavabda isə "pul heç vecimə də deyil" deyir.

Paris Hilton isə lüks həyat tərzi və su kimi pul xərcləməsi ilə diqqət çəkən varlılardandır. Hilton qatıldığı lüks məclislərlə yanaşı, həftə ərzində 30 saatını alış-verişə xərcləyir.
50 milyon dollarlıq bir sərvətə sahib olan, 1981-ci il təvəllüdlü Paris Hiltonun gördüyü işlər sırasında modellik, müğənnilik, aktrisalıq da var. Hər səhər 6-da yuxudan oyanır. O ərəfədə hansı işlə məşğul olursa, səhər saatlarında o işin dalınca gedir. Cəmi bir gecədə qatıldığı bir məclisə və ya tanıtım tədbirinə görə 1 milyon dollar qazana bilir. Elə bunun nəticəsidir ki, Hiltonun 6,2 milyon dollarlıq evində 200 kvadrat metr sahəyə malik bir geyim otağı var. Həftədə orta hesabla 30 saatını alış-verişə sərf etsə də, bu, sərvətini azaltmır. Əksinə, bəzi markalar ona öz mallarını havayı verirlər ki, reklam olsun. Məhz bu cür məsuliyyətsiz davranışlarına görə isə bu xanım babası Barron Hiltonun 335 milyon dollarlıq sərvətindən məhrum edilib.

79 milyard dollarlıq sərvəti olan Bill Qeyts dünyanın ən zəngin insanları sırasında OLUB. Milyarder saniyədə 128 dollar qazanır. Bu hesabla onun illik qazancı 4 milyard dollar təşkil edir. Qeyts 2 saatın sonunda 922 min dollarlıq “Ferrari” alacaq qədər gəlir əldə edir. Qeyts sıfırdan başlayıb milyonlara sahib olan şəxsdir. Milyonçu bu imkanlara sahib olana kimi yatmayıb çalışıb. Hətta həyat yoldaşı Melindadan əvvəlki sevgilisindən ayrılma səbəbi də onun işə ayırdığı vaxtın xanıma ayırdığı vaxtdan çox olması olub. Çünki o, işdən kənarda yalnız 7 saat vaxt keçirirdi. Yuxunu da bura daxil etsək, sevgilisinə ayırdığı vaxt qənaətbəxş olmayıb.

İnsanlardan danışıb, şirkətləri unutmaq olmaz. Məsələn, “Apple” şirkəti saniyədə 243 855 dollar qazanc əldə edir. Daha sonrakı yer isə "Microsoft" şirkətinə məxsusdur. Belə ki, şirkətin saniyəlik qazancı 111 105 dollar təşkil edir. Siyahıda sonrakı yerləri “Google” (79 245 dollar), “Facebook” (11 215 dollar), “Youtube” (8010 dolllar) kimi şirkətlər əhatə edir. 


Sevinc TELMANQIZI 
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR