İnsanlara hürriyət, millətlərə istiqlal!

Humay efirdə ağladı – “Onun üçün çox darıxıram” – VİDEO

3599 16.01.2017 15:06 Şou-biznes A A

“Mən mamauşağıyam”
 
ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni və tar ifaçısı Humay Qədimova maraqlı açıqlamalar verib:

"Anam öləndə onun saçından bir hissə götürüb saxlamışdım. Evdə ona aid nə varsa, sanki yaşayırmış kimidir. İlk vaxtlarda dedilər saxlama saçı sonra gördülər ki, xətrimə dəyir. Daha demədilər. Onlara dedim ki, bu mənim şəxsi əşyam kimidir, sizə nə aidiyyatı var?! Anamın otağımda müəyyən kəlağayıları, başörtüləri var. Onlardan arada istifadə edirəm. Elə bir hisdir ki, yaşadığım həyatı duymaq bir az çətin olar. Heç kəsə arzu etmirəm. Məndən başqa valideynlərini itirmiş insanlarla ünsiyətdə olanda görürəm ki, ya mən aşırı dərəcədə sevirəm, ya da artıq nəsə bir problem var. Gün ərzində özüm-özümə deyirəm ki, gərək fikrimi toplayıb başqa işlərlə məşğul olum. Hər zaman onu düşünürəm, onu yaşayıram. Bir ifadə var "mamauşağı", deyəsən mən eləyəm. Mən atamı çox erkən itirmişəm. Anam həm anam, həm atam olub. Çox zəhmətimizi çəkib. Öz doğmalarına belə ağız açmayıb. Onun boşluğunu heç nə doldurmur. Hərdən ətrafımdakılar deyir ki, inşallah övladın olar, o bəlkə boşluğu doldurar. Mən inanmıram ki, övladım anamın yerini doldursun".


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR