İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkizlər: “Sponsor yoxdur, cibimizdən konsert versək...”

3869 22.01.2017 18:40 Şou-biznes A A
Əkiz Sevil-Sevinc bacıları Moskvada yanvarın 28-də ilk konsertlərini verməyə hazırlaşır. 

Musavat.com saytına danışan bacılar ilk konsertlərinin ölkə xaricində keçirmələrinin səbəbini açıqlayıblar: “Bildiyiniz kimi ilk konsertimizdir. Çox həyəcanlıyıq, çünki konsert vermək məsuliyyətli işdir. İlk konsertimizi Moskvada etməyimizin səbəbi təklifin oradan gəlməsidir. Möhtəşəm günə sayılı günlər qalıb. Hər gün mütəmadi məşqlər edirik, repertuarımızda olan bütün sevilən mahnıları o gecə səsləndirəcəyik. Hüseyn Məhəmmədoğlunun müşayiəti ilə canlı ifalarımız olacaq. Özəl qonağımız isə Elton Hüseynəliyevdir. Sürprizlərin səs-sorağı sonra gələcək. Ən maraqlı məqam isə konsertdən sonra gələn qonaqlarla görüş olacaq. Bilirsiniz ki, hər gün efirə çıxırıq. Tamaşaçılar bizə yazır ki, siz olmayanda efirə hansı aparıcı çıxacaq. Konsert ərəfəsində isə bizi heç kim əvəz etməyəcək. Proqramı əvvəldən çəkib gedəcəyik”. 
 
Əkizlər Heydər Əliyev Sarayında konsert vermək istəyindən də danışıb: “Sarayda konsert vermək bizim arzumuzdur. Orada konsert vermək barədə düşünürük, yəni planlarımızda var. Həm də Azərbaycanda konsert vermək üçün sponsor olmalıdır. Hələ ki, sponsor yoxdur. Öz cibimizdən konsert versək, bəlkə də, pulumuz batacaq. Siması olduğumuz tumların xalq konserti olacaq. Onlarla Azərbaycanı qarış-qarış gəzəcəyik, sevənlərimizlə görüşəcəyik”. 

Könül İbrahim,
Musavat.com,
Fotolar: Məhəmməd Türkmən 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR