İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bloka divan qoyacam, özümə şərait yaradacam" - Şəbnəm Tovuzlu -VİDEO

4359 18.01.2017 17:05 Şou-biznes A A
Müğənni Şəbnəm Tovuzlu evinin qapılarını ARB TV-nin "Evgördü" verilişinə açıb, maraqlı açıqlamalar verib. 


Sevilən ifaçı toylara az getməsinin səbəbini açıqlayıb, rayon toylarına getmədiyini bildirib:
"Evə çox bağlı xanımam. Hətta, son vaxtlar el şənliklərinə, toylara az gedirəm. Rayon toylarına heç getmirəm. Çox yorulmuşam, bir az ara vermək istəyirəm. Əvvəllər çox əziyyət çəkmişəm. Arada 1-2 toya gedə bilərəm. Çox şükür ki, toya getməməyim dolanışığımıza təsir etmir. Əvvəllər pula ehtiyacım olub. Ayın hər günü toylarda olduğum vaxtlar olub. Çox yorulub, "Ay allah, istəmirəm daha" demişəm. Xanımın buna dözməsi daha çətindir. Çox şükür ki, o etapları keçdik. Şükür ki, ailəmiz var, evdə mənim qazancıma ehtiyac yoxdur".


Tanınmış müğənni dəbdəbəli evindən və qonşuları ilə münasibətindən söz açıb:
"Çox qonaqpərvər insanam. Böyük evləri sevirəm. Əslində, mən sadəliyi sevirəm, evimdə dəyişikliklər edəcəm, yayda təmir gedəcək. Bu evə özüm dizayn verməmişəm. Evi əşyalarla birlikdə, hazır vəziyyətdə almışıq, cəmi 4 otaqdır, çox rahatdır. Öz zövqümə uyğun təmir olunacaq. Hər gün bununla bağlı söhbət gedir evdə. Qonşularım çox gözəl insanlardır. 2 qonşum var, bir-birimizdən məmnunuq, gediş-gəlişimiz də var, çox istəyirəm onları. Çox vaxt evdə oluram deyə, qonşuya deyirəm ki, xala, keç bizə, çay içək. Evin təmirindən sonra bloku da kafel-metlaxla bəzədib, bir divan qoyacam ora, divardan da kartinka asacam. Bir xalça da sərəcəm. Blokda özümüzə şərait düzəldəcəm". 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR