İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qocalar belə “Bozun 50 çaları”na baxmağa tələsir

4175 03.03.2015 12:50 Şou-biznes A A
Qalmaqallı “Bozun 50 çaları” filminə Azərbaycanda böyük maraq var. Dünyanın bir çox ölkə və şəhərlərində filmin nümayişi qadağan olunsa da ölkəmizdə adı çəkilən filmin premyerası 12 fevral “28 cinema” mərkəzində oldu. 52 xarici dildə tərcümə olunan, 100 milyon nüsxə ilə satılan “Bozun 50 çaları” kitabı əsasında Sem Teylor-Consonun çəkdiyi film 18+ yaş məhdudiyyəti ilə göstərilir.
“28 cinema” mərkəzindən “Yeni Müsavat”ın əməkdaşına verilən məlumata görə, filmə böyük maraq var. Təkcə gənclər deyil, orta və yaşlı təbəqənin nümayəndələri filmə axın edirlər. Mərkəzin Leyla adlı əməkdaşının bildirdiyinə görə, film nümayiş olunduğu zaman zal tamaşaçılarla dolu olur. Filmin biletləri 4-25 manat civarındadır.
Aldığımız məlumata görə, “Bozun 50 çaları” Nizami Kino Mərkəzi, Park Cinema kinoteatrlar şəbəkəsində də nümayiş olunur.

Şimali Qafqazın 7 şəhərinin 5-də  filmin nümayişi qadağan olunub

Qeyd edək ki, Britaniya yazıçısı E.L.Jamesin müəllifi olduğu “Bozun 50 çaları”nda milyonçu Kristian Qreylə kollec məzunu Anastasia Stil arasında intim münasibətdən bəhs edilir. Qrey qızın bütan həyatını idarə edə biləcək müqavilə imzalamağı inandırır. Əks təqdirdə Qrey Anasatasia ilə istədiyi hər şeyi edə bilər. Oğlan zorakı seks həvəskarıdır, qız isə bunu qəbul edir.
Azərbaycandan sonra film 15 fevralda Rusiyada nümayiş olundu. Lakin müsəlman çoxluğu təşkil edən Rusiyanın Şimali Qafqaz regionunda erotik dramın göstərilməsi qadağan olunub. Yayılan məlumatlara görə həmin qadağaya əməl etməyən regionun yeganə şəhəri Pyatiqorskdəki kinoteatrlar kütləvi tamaşaçı axını ilə rastlaşıb. Qaraçay-Çərkəs respublikasından filmə baxmaq üçün tamaşaçılar dolu avtobuslar Pyatiqorska yola düşüb. Yerli kinoteatrların filmin qadağasına görə gəlirləri artıb.
Dağıstan gənclər naziri Zaur Kurbanov vətəndaşlarını "əxlaqsız filmə" baxmamağa  çağırıb.
Qeyd edək ki, Şimali Qafqazın 7 şəhərinin 5-də "Bozun 50 çaları" filminin nümayişi yasaqlanıb.
Bir çox kino mütəxəsisləri bildirirlər ki, adı çəkilən film onun əsasını təşkil edən kitabdan daha yaxşı alınıb. Onların sözlərinə görə film pornoqrafiya ilə dolu günümüz və əsrimizdə yumşaq təxribat yarada biləcək qədər intriqalıdır. Qeyd edək ki, "Bozun əlli çaları" — İngiltərə yazıçısı Erika Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Bu əsər son illərin ən oxunan erotik romanıdır.
Kino tənqidçisi Jordan Hoffman Johnson-un yaratdığı “qaba, məsum, bakirə Anna (Anastasiya)” rolunun çox təbii alındığını bildirir. Tənqidiçinin sözlərinə görə, Consonun Annası “müasir xalq mədəniyyətinə xas ən səfeh sevgi düyününün içərisindən inandırıcılığı çıxara bilib”.
Lakin tənqidçi intim səhnələrdən narazı qalaraq onları vulqar zərrələrdən ibarət çox ləng dinamika adlandırıb və bildirib ki, bu səhnələr təəssüf doğuran bir şəkildə həyəcansız alınıb.

Aktyor rolundan imtina etdi

Bu günlərdə Kristian Qrey rolunu ifa edən Ceymi Dornan trilogiyanın növbəti hissələrində çəkilməkdən imtina etdiyi barədə xəbərlər yayıldı. Məlumata görə, onun bu roldan imtina etməsinə səbəb Dornanın həyat yoldaşı Ameli Uornirdir. 
Məlumata əsəsən “Bozun əlli çaları” filmi erotik səhnələrlə həddən artıq çox olduğundan Ameli həyat yoldaşının filmdə çəkilməsinə qarşı çıxıb.

Artıq Dornan filmin prodüserlərini verdiyi qərar barədə məlumatlandırıb. Prodüserlərin yaxın vaxtlarda ikinci və üçüncü filmlər üçün Kristian Qrey roluna yeni aktyor axtarışlarına başlayacağı vurğulanır. 

Xatırladaq ki, film bir çox ölkələrdə satış rekordları qırıb.

Xalidə Gəray

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR