İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərkisyanın tumançaq əsgərləri

2009 21.04.2018 09:50 Yazarlar A A

Serj Sərkisyan baş nazir seçilən gündən bəri ona ikicə təbrik gəlib, ikisi də Rusiyadan. Əvvəl Putin təbrik etdi, ardınca da Medvedev. Rusiyalı aparıcının dili ilə desək, bu “gəzəyən”ndən zəhləsi gedən təkcə Nikol Paşinyanın rəbərlik etdiyi etirazçı qüvvə deyilmiş...

Son bir həftədə baş verənlər göstərdi ki, artıq Sərkisyanın itilib getmək vaxtıdır. Ancaq haraya? Vaxtilə vətəndaşı olduğu Azərbaycanamı?.. Serj Sərkisyan o qədər cinayətlərə imza atıb ki, getməyə yeri də yoxdur. Onu xilas edə biləcək yeganə variant idi prezidentliyini baş nazirliyə dəyişməsi. Bunun üçün neçə illər idi planlar cızırdı, konstitusiya dəyişirdi, öz tərəfdarlarını parlamentə toplayırdı. Hətta özünün namizədini Böyük Britaniyadan gətirib prezident kürsüsünə oturtdu. Ancaq baş verənlər ondan xəbər verir ki, 2008-ci ildə qanını tökdüyü ermənilər bu dəfə ona növbəti şans vermək istəmirlər.

Ermənilər getdikcə daha çox anlayırlar ki, Qarabağın işğalı onlara xoşbəxtlik gətirmədi, bədbəxtlikdən başqa heç nə qazandırmadı. Sərkisyan özü də baş nazir olan gün etiraf etdi ki, ölkənin sərhədlərini qoruyacaq qədər gənc qalmayıb ölkədə. Ermənistandan kütləvi şəkildə qaçır erməni gəncləri. 10 milyonluq Azərbaycanın qarşısında 2 milyonluq sınıq-salxaq ermənilərin çoxluq təşkil etdiyi bir ölkə qalıb. Üstəlik, Ermənistanı hər cəhətdən “saxlayacağı” barədə öhdəlik götürən “ağa”sının da başı öz dərd-sərinə qarışıb. Günün birində Azərbaycan ordusu bayrağını Xankəndidə sancanda ermənilər üçün hər şey bitəcək, bunu dərk edənləri də az deyil.

Publisist Lilian Karapetyanın etirafında baxın: “Mənə maraqlı deyil, Qarabağ bizimdir, yoxsa Azərbaycanın, şəxsən mənə Qarabağ lazım deyil. Qoy, öz Qarabağlarını götürsünlər”. Ermənilərin cəsarətliləri bunu açıq şəkildə deyir, ancaq qorxusundan dilə gətirməyənlər var ki, onları Qarabağ adlı bəlaya salanları lənətləyib əski günlərə dönmək, adam balası kimi yaşamaq istəyirlər. Qarabağdakı müharibə, münaqişə alovunu körükləyən sərkisyanlara qarşı nifrət həm də burdan qaynaqlanır.

Əgər dünən bu aksiyalar Sərkisyana özünü Qərbə “demokrat” göstərib, güzəştli kreditlər qopartmaq üçün lazım idisə, artıq proseslər onun əleyhinə yönəlib. Ermənilər indi bir çıxış yolu görür: “İstefa!”

Hətta katolikos Birinci Aram da işə qarışıb, İrəvana gəlib vasitəçilik üçün. Ancaq o da müxalifətlə dialoq aparmaq üçün Serj Sərkisyana yox, prezident Armen Sərkisyana müraciət edib. Di gəl, müxalifət də Sərkisyana deyir ki, sən əvvəlcə get, Britaniya vətəndaşlığından nə vaxt çıxdığın barədə arayış gətir, sonra səni legitim prezident olub-olmadığını dəqiqləşdirək, oturub-danışaq. Vəziyyət bu qədər mürəkkəbdir. 

Serj Sərkisyan bu illərdə o qədər əclaflıqlar edib ki, artıq heç kim ona güzəştə getmək istəmir. 2016-cı ilin aprelində o qədər miskin durumdaydı ki, Levon Ter-Petrosyanın ayağına getdi. Ancaq sonra məsləhət aldığı adamı parlamentin qapısından içəri buraxmadı, yolunda əngəl görürdü deyə. Hətta özünün Xocalıdakı cinayət ortağı Seyran Ohanyanı belə deputat olmağa qoymadı.

Amma daha ermənilər də tamaşalara inanmır. Hətta Kaliforniya ştatındakı ermənilərı də Sərkisyana qarşı çıxıb. Erməni diasporu da ona qarşıdırsa, demək vəziyyət bəllidir. Hadisələrin başında İcevan ermənisi Paşinyanın dayanmağı da diqqət çəkir. Qarabağ ermənisinin əlində yesir olduğunu anlayır Ermənistan erməniləri. Dönük Azərbaycan vətəndaşını özləri cəzalandırmaq istəyirlər, nəhayət. Ölkədə qalacaqsa, onu ermənilər özləri gəbərdəcəklər, xaricə qaçacaqsa, Azərbaycanın İnterpola müraciət etməsi şansı yaranacaq. Ən maraqlısı 24 apreldə olacaq, Serjik axı həmin gün saxta “soyqırım” abidəsini ziyarət etməlidir. Ola bilsin elə xalq ordaca Sərkisyanı şaqqalasın.

Bu hadisələrdə ən çox xoşuma gələn Paşinyanın burnunu aksiyalara soxan müdafiə naziri Vigen Sərkisyana cavabı oldu. “Qoy Vigen Sərkisyan əsgərlər üçün tuman və mayka alsın. Ermənistan ordusunda əsgərlər maykasız və tumansızdır, bax, döyüş qabiliyyətini təhdid edən bunlardır”. Qarabağı işğalda saxlayan ordunun əsgərlərinin gerçək durumunu açdı Paşinyan. Tumançağ hərbçilərlə başı dumanlı Şuşanı işğalda saxlaya bilməyəcək Ermənistan! Yeri gəlmişkən, Ermənistanın “yeni Sərkisyan”ının ayağı düşərli olub bizimçün, prezident seçildiyi bir ay ərzində Qarabağda ölən və yaralanan ermənilərin sayı 10-a çatıb. Davamı gələr, inşallah!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR