İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənətçilər mərhum prezident Heydər Əliyev haqqında: “Hər zaman qəlbimizdədir”

957 12.12.2018 15:17 Gündəm A A

Məlum olduğu kimi, bu gün mərhum prezident Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür. Azərbaycanın tanınmış sənətçiləri bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edir, mərhum prezidentin xatirəsini yad edirlər.

Musavat.com onlardan bir neçəsini təqdim edir.

Xalq artisti Firəngiz Mütəllimova: “Ulu öndərimiz Heydər Əliyevin anım günü... Allah rəhmət etsin. Nurlar içində yatsın, dahi insan... Biz sənət adamlarına etdiyiniz yaxşılıqları heç vaxt unutmarıq”.

Əməkdar artist, müğənni Aybəniz Haşimova: “Ömrüm boyu demişəm və həmişə də deyəcəm: dahi ustadlarımdan aldığım dərslərə, mənə musiqi dünyasının bütün aşılmaz qapılarını üzümə açdığınıza, məni Azərbaycan xalqının peşəkar musiqisinə gətirdiyinizə görə sizə Heydər baba, ömrümün sonuna qədər borcluyam. Ən azı, mənim təhsil aldığım Bülbül adına orta ixtisas musiqi məktəbi, sonra Musiqi Akademiyası və İncəsənət Universitetində məhz sizin sayənizdə 100-dən çox tələbə təhsil aldı. Bu gün o insanların hamısı musiqi sahələrində çalışmasa belə, sayənizdə ali təhsil sahibləridir. Arzu edirəm, bütün vəzifədə olanlar bu missiyanı davam etdirsinlər. Təhsil vermək savabdır. Qoy, bu etdiyiniz savablar Heydər baba, əməl dəftərinizə yazılsın. Allah sizə rəhmət etsin”.

Əməkdar artist Elza Seyidcahan da mərhum prezidentlə bağlı paylaşım edərək, ona Allahdan rəhmət diləyib.

Əməkdar artisti Ədalət Şükürov: “Ulu öndər, ümummilli lider Heydər Əliyevin anım günüdür. Hörmətlə anırıq. Hər zaman qəlbimizdə və yaddaşımızdasınız”.

Şoumen, tanınmış teleaparıcı Murad Dadaşov: “Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət və doğma insan, prezident Heydər Əliyevin xatirəsini qürur və şərəflə anırıq”.

Müğənni Natavan Həbibi: “O, bütün həyatını xalqına həsr edən, vahid dövlət yaradan və bu dövləti nəhəng siyasətçi kimi idarə edən bir dahi idi. Ölkəmizin fəxri olan Heydər Əliyev bu gün bizimlə olmasa da, daim bütün azərbaycanlıların qəlbində sevgi, hörmət və dualar içində yaşamaqdadır. Qürur duyuram ki, Leyla xanım Əliyevanın öz babasına - Ulu öndərə ithaf etdiyi şeiri və bu sözlərə hörmətli Novruz Aslanın bəstələdiyi mahnını ifa etmişəm. Ümummilli liderimiz Heydər Əliyevi sevgi və hörmətlə anırıq”.

Müğənni Nigar Camal da mərhum prezidentə Allahdan rəhmət diləyib: “Allah rəhmət etsin. Hər zaman bizim qəlbimizdə olacaqsınız”.

Müğənni Roza Zərgərli: “Böyük lider, şəxsiyyət, siyasətçi, sizi sevgi və sayğı ilə anırıq, Ulu öndər Heydər Əliyev... Ruhu şad olsun, Allah rəhmət etsin”.

Xalidə,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR