İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənətçilər də qəzəbləndi: “Sən təkcə Mübarizi təhqir etməmisən... ”

2100 17.12.2018 14:18 Gündəm A A

Artıq bir neçə gündür ki, mətbuatda, sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadəyə qarşı kəskin fikirlər sələnməqdədir. Sənət aləminin nümayəndələri də bu məsələyə qarşı biganə qalmayaraq sosial şəbəkə vasitəsi ilə öz mövqelərini bildirməkdədirlər.

Əməkdar artist Aybəniz Haşımova öz qəzəbini bu cür ifadə edib: “Kaş ki, bircə gecə şəhid anasının yerinə övladının məzarını yataq bilib yataydın. Kaş ki, şəhid anasının yerinə balanın, geyimlərini bağrına basıb qoxusunu geyimlərindən alaydın. Məzarında saatlarca bitməyən göz yaşlarına sarılaydın. Heç bilirsiniz o, nə dərddir?! Bilmirsiniz?! Bilsəydiniz reklamınız üçün şəhid qanına bulaşmazdınız nərmin! Çoox təəssüf ki, sizin adınız Nərmindir, çox təəssüf! Siz artıq o ada layiq deyilsiniz. Adınızı da satın, ruhunuz kimi. Şəhidlərin ruhu sizə içinizdə, düşmənə satılmış vicdanınızdan deyil. Şehidlər sizlərin azad, firavan yaşaması üçün öz səadətlərindən, xoşbəxtliyindən könüllü vətən uğrunda toysuz, duvaqsız, körpə balalarını yetim qoyan, gənc yaşlarından qəbr evinə köç edənlərdir.

Картинки по запросу Aybəniz Haşımova

Siz tək Mübarizə sataşmadınız. Siz bütün şəhid vermiş ailələrin qaysaq bağlamış ana-bacıların yrasını qopartdınız, onlara sataşdınız. Deyirsiniz ki, Azərbaycanda kişi yoxdur, bəs atanız kişi deyil?! Hər şey bitdi, indi də şəhidlərə sataşmaqlamı özünüzü reklam edirsiniz?! Özünüzü yığışdırın, bəsdirin! Erməni itinin mənim torpağımda nə işi var idi?! Mübariz bizim torpağa soxulanların cəzasını verib, kiminsə torpağında qan tökməyib. Onun əllərinə, ruhuna qurban olum. Etdiyiniz günahdan qorxun, mütləq çıxacaq qarşınıza!”

Картинки по запросу Müğənni Ruhi Əliyeva

Müğənni Ruhi Əliyeva: “Bu məsələyə görə sözün əsl mənasında sarsıntı içərisindəyəm. Ermənilərin millətimizə etdiyi saysız qətliamlar, soyqırımlar haqda geniş xatırlatmaya hər halda ehtiyac duymuram. Çünki hər birimizin damarında axan qan məhz odur! Bizim ana-bacılarımızın fəryadı hələ çəkilməyib. Erməninin axıtdığı Azərbaycan qanı hələ soyumayıb. O daşnaqların ayaqları altda qalan körpələrin naləsi hələ qulağımızdan getməyib. Bəs necə ola bilər ki, bu xalqın belə övladı olsun? Evdə hansı tərbiyəni görüb bu? Nərmin adlı qızın qəhrəman Mübariz İbrahimov haqda dedikləri absurddur. Amma ən böyük faciə bu torpaqda yetişən, milləti azərbaycanlı, əqidəsi mərhəmət olması gərəkən bir qızın vətəninə xəyanətidir! Mübariz sənin kimilər bu gün ağlına gələni danışsın deyə vətən uğrunda şəhid oldu? Ar olsun, ayıb və haram olsun bu qan sənə! Dostlar, düşünürəm ki, bu mənəviyyatsız biri ilə dövlət orqanları danışmalıdır. O, qanun qarşısında cavab verməlidir. Biz o xainin şəklini paylaşıb, reklam etməkdənsə, bunu tələb etməliyik”.

Картинки по запросу Rejissor Kənan Quliyev

Rejissor Kənan Quliyev isə Nərmin Şahmarzadəni nankor adlandırıb: “Mübarizi tanımayanın qanında, soyunda, sülaləsində problem var. Bunu o qıza və ona dəstək olan ermənipərəstlərə göstərin. Bir mikrob nur dunyasına ləkə sala bilməz. Get, diz çök Mübarizin məzari önündə və üzr istə! O zaman bu millət səni əfv edər. Nankor qız, ya da getmə ora, o nur məkanı murdar ayaqlarınla murdarlama!”

Xatırladaq ki, N.Şahmarzadə Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, “döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır”.

Xalidə
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR