İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə baş verən yol qəzasında ikisi uşaq olmaqla, bir neçə nəfər xəsarət alıb

373 17.12.2018 01:35 Kriminal A A

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində baş verib.

İki avtomobilin toqquşması nəticəsində, 1960-cı il təvəllüdlü Zirəddin Bayraç oğlu Qasımov və həyat yoldaşı, 1961-ci il təvəllüdlü Rəna Qasımova, həmçinin onların nəvələri: 4 yaşlı Nuray Elşən qızı Bayramova, 7 yaşlı Yüsif Elşən oğlu Bayramov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR