İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul” serialında hər kəsi ağlatdı – VİDEO

1815 13.12.2018 14:15 Mədəniyyət A A

Tanınmış hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin Şəmistan Əlizamanlı Türkiyə kanalında yayımlanan serialda çıxışı yenidən reytinq yığıb.

BAKU.WS xəbər verir ki, Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul” serialının 127-ci bölümündə iştirak edib. O, həmin bölümdə "Zəfər bismillah, səfər bismillah" mahnısını səsləndirib.

Onun bu ifası həmin bölümdə maraqlı səhnə ilə yadda qalıb. Ozanın səsini eşidənlər göz yaşlarına sahib çıxa bilməyiblər.

Sonradan bu səhnənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Hər kəs onun ifasını bəyəndiyini və alqışladığı qeyd edib.

Qeyd edək ki, Şəmistan Əlizamanlı serialın yeni mövsümünün ilk seriyasında başlayaraq ozan rolunda çəkilməyə başlayıb.

Xatırladaq ki, Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub.

1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.

Şəmistan Əlizamanlı bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını ("Əsgər marşı","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər", "Vətən əmanəti",

"Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab Leytenant", "And içirəm", "İgid oğlum, leytenantım", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və s.) ifa edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR