İnsanlara hürriyət, millətlərə istiqlal!

“SƏİDİN DƏSTƏSİ”nin HƏBSİNDƏN 6 İL KEÇDİ

1323 09.03.2013 09:42 Ölkə A A

Müraciətdə bir daha həbsinin tarixçəsini qeyd edən S.Dadaşbəyli 2007-ci il yanvarın 13-də MTN əməkdaşlarının onu və daha bir neçə nəfəri həbs etdiyini, bu zaman ağır işgəncələrə, təzyiqlərə məruz qaldığını yazır: “Bizi zorla müxtəlif sənədlərə imza atmağa məcbur edirdilər, əgər bu alınmırdısa, yerimizə bu işi görürdülər. Təsəvvür edin ki, qanunsuz  psixotrop iynələrdən və dərmanlardan istifadə edərək bizi çox pis vəziyyətə salırdılar. Həyatım boyu cəmi 2-3 dəfə gördüyüm Emin Məmmədovun işgəncə nəticəsində dünyasını dəyişməsi dediklərimə sübutdur. Heç orta əsr inkvizisiyasının təsəvvür edə  bilməyəcəyi  əzablara, işgəncələrə məruz qalırdıq”.
Qeyd edək ki, şərti olaraq “Səidin dəstəsi” adlandırılan 15 nəfər əsas dindar gənclərdən ibarət qrupu MTN 2007-ci ilin əvvəllərində həbs edib. Rəsmi məlumata, o cümlədən məhkəmə materiallarına əsasən Səid Dadaşbəylinin rəhbərlik etdiyi qrup İran xüsusi xidmət orqanları ilə əlaqədə olaraq hərbi təlim keçiblər və Azərbaycanda dövlət çevrilişi planlaşdırıblar. Sitat: “Bakıda yerləşən "Azeri M-İ Drillinq Fluids" ABŞ - Azərbaycan birgə müəssisəsində təchizat üzrə koordinator işləyən Səid Dadaşbəyli dini ekstremizm ideyalarını rəhbər tutaraq Azərbaycan Respublikasında hakimiyyəti zorla ələ keçirib dünyəvi dövlət quruluşunu dəyişdirməyi və şəriət qanunları ilə idarə olunan hakimiyyət qurmağı qarşısına məqsəd qoymuşdur. O, bunun üçün həmfikirləri Ceyhun Əliyev, Cahangir Kərimov, Mikayıl İdrisov, Rasim Kərimov, Rəşad Əliyev, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev və Bəybala Quliyev ilə əlbir olub “North İmam Mehty Army” (“İmam Mehdinin Şimal Ordusu”) ingilis sözlərinin baş hərflərindən ibarət “NİMA” adlı, konspirasiya üsullarından istifadə edən, özünün tabeçilik və idarəçilik strukturuna malik dini-ekstremist və cinayətkar yönümlü gizli təşkilat yaratmışdır".
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun rəhbərlik etdiyi məhkəmə prosesində həbs olunan dəstə üzvlərinin əksəriyyətinə 10-14 il həbs cəzası verildi. Səid Dadaşbəyli isə 14 il azadlıqdan məhrum olundu.
Ancaq S.Dadaşbəylinin və onunla birlikdə həbs olunanların cinayət işində xeyli dərəcədə şübhəli məqamlar var. Saxlanılanlar onlara qarşı irəli sürülən ittihamları rədd ediblər. Eyni zamanda istintaq və məhkəmə prosesində xeyli dərəcədə cavabsız suallar qalıb. Üstəlik saxlanılanlardan birinin istintaq zamanı dünyasını dəyişməsi, işgəncə verilməsi ilə bağlı iddiaları gücləndirib.
Qeyd edək ki, həmin vaxt “Yeni Müsavat” “Səidin dəstəsi” nin işi ilə bağlı ətraflı yazılar yazılıb. Ancaq təəssüf ki, digər məsələlərdə olduğu kimi, “Səidin dəstəsi”nin də adı dinlə bağlandığı üçün yerli hüquq-müdafiə təşkilatları, ictimai fəallar bu prosesə yetərincə diqqət ayırmadı. Artıq Səid Dadaşbəyli ilə birlikdə həbs olunanlar 6 ildən artıqdır məhkumluq həyatı yaşayırlar.
İctimaiyyətə müraciətində S.Dadaşbəyli həbsinin sifariş olduğunu qeyd edir.
Sitat: “Hal-hazırda, bu  gün öz günahsızlığımızı  sübuta yetirməyə gücümüz çatmır, çünki bizim taleyimiz hökumətin ən yüksək dairələrində həll olunub. Bu, həm də güc strukturlarının öz peşəkarlığını reklam etmək üçün keçirdiyi kampaniya idi. Hədəf isə biz seçilmişdik - sabaha ümidlərlə  baxan, öz sahələrində uğurlara imza atan, öz bilik və bacarıqlarını doğma vətənə həsr etmək xəyalı ilə yaşayan gənclər! Bu - hər  şeyin, bütün ümidlərin illüziyaların sonu idi!”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR