İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhriyar Məmmədyarov: "Liderlər arasında olmaq çox maraqlıdır"

1052 20.01.2018 23:45 İdman A A

"İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir".

"Report"un məlumatına görə, bunu Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında vahid liderə çevrilən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib. VI turda qara fiqurlarla hindistanlı Adhiban Başkaranı yenən Məmmədyarov növbəti görüşlərdə də bu qaydada davam etməyə çalışacağını bildirib. O, 6 turdan sonra liderliyə yüksəlməsini belə dəyərləndirib: "Liderlər arasında olmaq çox maraqlıdır. Növbəti görüşlərdə də maraqlı keçəcəyini gözləyirəm. Özümdən asılı olan hər şeyi edəcəyəm".

Qeyd edək ki, bu gün keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Hazırda Məmmədyarovun 4,5 xalı var. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR