İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST gələcəyin ən təhlükəli viruslarının adlarını açıqlayıb

619 19.01.2017 18:07 Səhiyyə A A
 Dünyada genişmiqyaslı epidemiyaların yayılmasına səbəb olan 3 əsas xəstəlik var.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, ölümcül xəstəliklər siyahısında ilk üçlüyü MERS, Lassa qızdırması və Nipah virusları tutur.

Ünumdünya Səhiyyə Təşkilatının (ÜST) müdir müavini Marie Paule Kieni deyib ki, bu günə kimi Ebola daha qorxulu epidemiya olsa da, adları çəkilən üç virusa nisbətən daha az təhlükəlisi olan xəstəlik kimi qiymətləndirilir: “Ona görə də tezliklə yeni peyvəndlər hazırlanmalıdır. Böyük dərman firmaları bu cür az rast gəlinən təhlükəli virusların müalicəsinə kifayət qədər investisiya ayırmırlar. Ancaq bundan sonra vəziyyət başqa cür olacaq”.

“Bu səbəbdən, beynəlxalq təşkilatlar həmin üç virusa qarşı istehsal olunacaq peyvənd işlərini sürətləndirmək üçün 460 milyon dollarlıq yardım öhdəliyi götürüblər. Hər bir virus üçün sınaq müddətində iki yeni peyvənd 5 il ərzində hazır olmalıdır”- deyə, ÜST-nin müdir müavini əlavə edib.

Qeyd edək ki, dünyada son illər ərzində təhlükəli viruslar sırasına Ebola və Zika yer alıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR