İnsanlara hürriyət, millətlərə istiqlal!

Şöbə müdiri: “Azərbaycanda körpə uşaqların əllərinin ət maşınında qalması artıq adi hala çevrilib”

1006 21.12.2016 14:20 Səhiyyə A A

“Körpə uşaqların əllərinin ət maşınında qalması artıq adi hala çevrilib. Demək olar ki, institutumuza hər gün bu cür müraciətlər daxil olur. Bu da əsasən valideyn nəzarətsizliyi nəticəsində baş verir. Belə xəstələrin əlini bərpa etmək çox çətin olur”.

“Report” xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Əl cərahiyyəsi şöbəsinin rəhbəri Fikrət Qafarov bildirib. 

O deyib ki, zədələnmələrlə bağlı müraciət edənlər arasında əlindən travma alanlar 40 faiz təşkil edir: “Əl zədələnmələri arasında anadangəlmə qüsurlar, əmək alətlərindən düzgün istifadə etməmək nəticəsində yaranan qüsurlar çoxluq təşkil edir. Uşaqların əl yanığı ilə bağlı müraciətlər də çox olur. Əlləri yanan uşaqlar üzərində bəzən 20 yaşına qədər əməliyyat aparmalı oluruq. Bəzən bu cür xəstələrin üzərində qeyri-peşəkar əməliyyatlar aprılır ki, bu da sonradan çox ağır fəsadlara yol açır. Xəstələr mütləq ixtisaslı həkimlərə müraciət etməlidirlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR