İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik rəsmisi: "Hindistanda istehsal edilən peyvəndlər aralarında keyfiyyətsizləri də olur"

656 20.12.2016 16:27 Səhiyyə A A
"Azərbaycanda istifadə olunan peyvəndlər də digər dərman preparatları kimi mütləq şəkildə dövlət qeydiyyatından keçməlidir. Bu zaman onlara 5 il müddətində istifadə üçün qeydiyyat vəsiqəsi verilir".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliynin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Polad Hacıbalayev deyib.
Onun sözlərinə görə, digər dərmanlar kimi peyvəndlər də ölkəyə idxal olunan zaman onların sənədləşməsinə diqqət yetirilir: "Bununla yanaşı, peyvəndlərin qablaşdırılma, içlik vərəqəsi də olmalıdır. Azərbaycana gətirilən peyvəndlərin istehsal edildiyi ölkə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan ölkələrdir. Yəni, peyvəndlər sırf həmin ölkələrdən gətirilir. ÜST özü də kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət edir".

P.Əzizbəyov xatırladıb ki, əksər insanlar Hindistandan gətirilən peyvəndlərin pis olduğunu deyir: "Düzdür, bəzən aralarında keyfiyyətsizləri də olur. Lakin ümumilikdə Hindistanın özünün də yaxşı peyvənd istehsalçıları olur. Peyvənd digər dərman preparatlarından fərqli olaraq bioloji maddədir. Onun əks təsirinin olması üçün bir çox amillər ola bilər. Bunun üçün genetik faktorlar da rol oynaya bilər".

Mərkəzin Dərman vasitələrinin qeydiyyat-ekspertizası şöbəsinin mütəxəssisi Ulduz Eyvazova isə əlavə edib ki, çox zaman valideynlər peyvənddən sonra uşaqlarda yüngül soyuqdəymə əlamətləri gördükdə narahat olurlar: "Onlar hesab edirlər ki, peyvənd və vaksinlər köhnədir və əlavə təsirləri olur. Əslində, peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksion xəstəlikləri yüngün formada keçirsinlər. Peyvənd vurulanda uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Həmin mikrob orqanizminə düşdüyü zaman artıq onun bədənində buna qarşı qoruyucular olacaq. Yəni, peyvənddən sonrakı əlamətlər əlavə təsir deyil, bunların olması normal reaksiyadır".  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR