İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi keçirilib

846 30.11.2015 14:26 Son xəbər A A
Noyabrın 28-də Gəncə şəhərində “Səfir olsaydım, Azərbaycanı necə təbliğ  edərdim” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. 

Musavat.com-un verdiyi xəbərə görə Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbirdə  mərkəzi informasiya vasitələrinin fəaliyyət görstərən jurnalistləri, yerli mətbuat orqanlarının əməkdaşları, blok və xəbər saytlarının rəhbərləri və dövürü mətbuatla fəal əməkdaşlıq edən gənclər iştirak edib.

Layihənin rəhbəri, Demokratik İslahatçı Gənclər  İctimai Birliyinin sədri Vüsalə Hüseynli giriş sözü ilə çıxış edərək layihənin əsas məqsədi barədə tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan  həqiqətlərini,  Qarabağ  problemini  dünyaya  daha  yaxından tanıtmaq məqsədilə  mətbuat  sözünün təsir gücündən  səmərəli istifadəyə nail olmaq,   eləcə də    Azərbaycan  haqqında beynəlxalq aləmə   daha dolğun və obyektiv   məlumatlar   çatdırmağa  kömək göstərməkdir:

“Layihənin öncə Gəncədən start  verilməsi şəhərin 2016-cı  il  Gəncə  Avropa   Gənclər   Paytaxtı  kimi  seçiliməsidir. Bura  artıq  turistlər  çox  gəlib  gedir,  beynəlxalq    gənclər  təşkilatı  mütəmadi  səfərlər  edirlər  və  biz  də  düşündük ki,   gələn  il  öncəsi  olaraq  media  nümayindələrinə  dəstək  olaraq,   belə  bir  layihə həyata  keçirək. Bu eyni zamanda, Gəncənin  gənclər  paytaxtı  kimi  tanıdılması  üçün  beynəlxalq  aləmdə  bir  kompaniya  aparılmasına dəstək olsun”.

Daha sonra dəyirmi masa ətrafında jurnalistlərin və gənclərin bu sahədə üzərinə düşən  vəzifələr ətrafında qızğın müzakirə aparılıb, müxtəlif fikir və təkliflər irəli sürülüb, beynəlxalq media səhifələrində Azərbaycanın təbliğində lobbiçilik siyasətinin qurulması və ondan səmərəli istifadə edilməsi xüsusi vurğulanıb.

Tədbirdə  iştirak edən Aqrar Universitetinin tələbələri xüsusi fəallıq göstəriblər. Müzakirələrdə yaxından iştirak edən tələbələr vurğulayıblar ki, Azərbaycanı dünyaya tanıtmaq üçün ilk növbədə yüksək səviyyəli təhsil və biliyə malik olmaq, tarix və mədəniyyətimiz, tarixi abidələrimizə  daha yaxından bələd olmaq lazımdır. 
Müzakirələrdə ölkənin aparıcı medialarından Azvision.az, Lent.az, Modern.az, Yeni Azərbaycan, “Yeni Musavat”, Kaspi, Sia.az, Report.az Aznews.az və digər media qurumlarının nümayəndələri də çıxış edərək, təkliflər səsləndiriblər. Bildirilib ki, 

Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya çatdırmaq üçün təhsillə yanaşı hər kəs fərdi olaraq vətənpərvər olmalı, bir neçə dildə danışmağı bacarmalı, müasir informasiya texnologiyalarının yaratdığı imkanlardan kifayət qədər səmərli istifadə etmək lazımdır. 
Sonda layihənin rəhbəri Vüsalə Hüseynli bildirib ki, Gəncədən sonra növbəti tədbirlər İsmayıllı və Bakının müxtəlif rayonlarında şəhərlərində keçiriləcək.

Qeyd edək ki, tədbir iştirakçılarına layihə ilə bağlı olaraq “Jurnalist nəyi bilməlidir” mövzusunda bukletlər paylanılıb. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR