İnsanlara hürriyət, millətlərə istiqlal!

Səbuhi Rəhimlinin yeni kitabi işiq üzü görüb

1117 15.03.2018 17:06 Proje A A

Tədqiqatçı-jurnalist, astroloq Səbuhi Rəhimlinin yeni kitabı işıq üzü görüb. “Avesta gerçəyi” adlanan kitabda əsasən xalqımızın qədim mərasim və bayramlarından söhbət açılır. Müəllifin sayca 40-cı kitabı olan bu tədqiqat əsərində bir çox mübahisəli məsələlərə aydınlıq gətirilib.

S.Rəhimli açıqlamasında bildirib ki, Novruzla bağlı əsrlərdən günümüzə qədər davam edən mübahisələr var: “Bu sahə ilə məşğul olan onlarla alim var, lakin onların tədqiqatları hansısa elmi, dini mənbəyə söykənmir, daha çox fərdi yozum xarakteri daşıyır. O alimlərin heç biri novruzqabağı mərasimlərin niyə məhz çərşənbə günü keçirilməsini bilmir. Çərşənbələrin yaranma kökünü bilməyənlər, Avestada səhih və elmi izahlarla verilən mətnləri oxumayanlar bu gün çərşənbələrin hansı ardıcıllıqla gəldiyini söyləməkdə çətinlik çəkirlər. Bu kitabı yazmaqda məqsədim məhz bu tərəddüd və mübahisələrə birdəfəlik son qoymaq olub”.

Səbuhi Rəhimli əlavə edib ki, kitabda min illər öncə keçirilən digər qədim bayramlarımızdan, müxtəlif mərasimlərdən, zərdüştilikdə keçirilən orucluqlardan, həmçinin ilk monoteist dinin yaradıcısı olan Zərdüşt Peyğəmbərdən olduqca geniş məlumatlar var. “Avesta gerçəyi” kitabının təqdimatı martın 17-də saat 14:00-16:00 radələrində “Akademkitab” kitab evində keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR