İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabran sakinini bıçaqlayan şəxs saxlanılıb

529 18.12.2017 22:11 Kriminal A A

Şabranda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakini Əşrəf Abbasov “qarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə Şabran Mərkəzi Xəstəxanasına gətirilib.

RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini 1995-ci il təvəllüdlü Seymur Niftəliyev tutularaq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib, aralarında yaranmış münaqişə zəmnində Ə.Abbasova xəsarət yetirdiyini bildirib.

Baş vermiş hadisə ilə əlaqədar Şabran RPŞ -nin İstintaq Bölməsində cinayət işi açılıb, ibtidai istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR