İnsanlara hürriyət, millətlərə istiqlal!

Rza Zərrab Nyu Yorkda bir suşi restoranında göründü (Foto)

İrana yönəlmiş embarqonu pozması ilə bağlı ABŞ-dakı cinayət işinin əsas fiqurlarından olan İran əsilli iş adamı Rza Zərrab Nyu-Yorkdakl məşhur restoran Nobuda görüntülənib. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ii, Nyu-Yorkun Sohi bölgəsindəki məşhur suşi restoranı Nobuda, yanındakı naməlum bir qadınla yemək yeyən Zərrab şəklinin çəkildiyini fərq edən kimi narahat olub restorandan çıxıb.

FBİ-ın 2014-cü ilin sentyabrından İrana investisiya embarqosunu pozma şübhəsi ilə haqqında istintaq başlatdığı R.Zərrab 19 mart 2016-cı ildə Amerikaya ailəsi ilə birgə girərkən həbs edilmişdi. Nyu-York Cənub bölgəsi Federal Məhkəməsində özünə qarşı yönləndirilən altı ittihamı rədd edən Zərrab daha sonra istintaqla anlaşmışdı. Toplam 135 ili əhatə edən həbs cəzası qarşısında etirafçı şahidlik edərək daha az cəza almağı hədəfləyən Zərrabın Nyu-Yorkdakı bir türmənin özəl bölümündə saxlandığı açıqlanmışdı.

Musavat.com xəbər verir ki, hazırda həbsdə olan Zərrabın hansı əsaslarla restorana buraxılması və müğənni Ebru Gündeşlə evli olduğu halda yanındakı qadının kimliyi hələ də sual altındadır.

Sevinc, musavat.com

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2018

12 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR