İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ermənistana xəbərdarlıq atəşi:Panik kəndindən başlayan panika- VİDEO

6376 19.07.2018 23:19 Gündəm A A

Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasına məxsus avtomobil karvanının Şirak inzibati vahidinin Panik kəndinin içi ilə atəş aça-aça hərəkət etməsi ciddi narahatlığa səbəb olub.

Narahatlıq ikitərəflidir: həm Rusiya, həm Ermənistan bu fakta özünəməxsus yanaşır. Ermənilər Paşinyanın hakimiyyətə gəlməsindən sonra yaşanan meydan eyforiyasında rusiya hərbçilərinin bu addımını müstəqil dövlətlə hesablaşmamaq kimi qiymətləndirir və mülki insanların içindən nümayişkaranə şəkildə şütüyüb keçən hərbçilərdən rəsmən üzrxahlıq tələb edirlər. Rusiyada isə hesab edirlər ki ermənilərin bu şəkildə narazılıq ifafdə etməyə haqları çatmır. Çünki Ermənistan bu gün malik olduqları hər şeyə görə Rusiyaya borclu olmalıdırlar. Ona görə də ermənlər özlərini belə aparmamalıdırlar. Baş nazir Nikol Paşinyan hökumətin iclasında, Rusiyalı hərbçilərin Şirak regionunun Panik kəndində keçirdiyi planlı məşğələ təlimini erməni-rus münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrin təxribatı adlandırıb. Qeyd edək ki, hərbçilər atəşdə xoıostoy patronlardan istifadə ediblər. Amma buna baxmayaraq Paşinyan hərbçilərin hərəkətini yolverilməz adlandırıb. Baş nazir Rusiyalıların addımını Ermənistanın suverenliyinə qarşı yönəlmiş akt adlandırıb: “Günahkarlar layiqincə cəzalandırılmalıdır!”.

Qeyd edək ki, Paşinyanın baş nazir seçilməsindən sona İrəvan-Moskva münasibətlərində ciddi dəyişikliklər baş verməkdədir. Bunu həm Rusiya, həm Ermənistan politoloqları etiraf edir. Moskvanın və İrəvanın qarşılıqlı yüngül ittihamları son aylar tez-tez rast gəlinən halıardır. Amma Rusiyanın Ermənistanın suveren hüquqlarını pozmaqda ittiham etməsi məhz Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonraya təsadüf edən ilk bəyanatdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR