İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ermənistana dönən erməni gənclər Gürcüstan-Ermənistan sərhədini bağladılar (Video)

2210 15.12.2018 15:51 Son xəbər A A

Rusiyadan Ermənistana dönən erməni gənclər dünən Gürcüstan-Ermənistan sərhəddində etiraz aksiyası keçiriblər.

Avropa.info xəbər verir ki, Rusiyadan Ermənistana dönən gənclər dekabrın 14-də Gürcüstan-Ermənistan sərhəddindəki Ninoçminda-Bavra sərhəd keçid məntəqəsində etiraz aksiyası keçiriblər.

Etiraz aksiyasını keçirən gənclər Ermənistan rəhbərliyini onlara olan münasibətə görə kəskin tənqid ediblər. Erməni gənclər bəyan ediblər ki, Rusiyadan Ermənistana dönən zaman çox çətin və mürəkkəb bir vəziyyətlə üzləşirlər. Belə ki, 27 yaşadək ikili vətəndaşlığı olan gənclər evə dönən kimi ya həmən orduya aparırlar, yaxud da 5 il müddətinə azadlıqdan məhrum edilirlər.

Etiraz aksiyası keçirən erməni gənclərin dediyinə görə, hazırda bu halla əlaqədar olaraq beş min erməni gənci barədə axtarış verilib. Etiraz aksiyasının yekunu olaraq onlar İrəvanda Ermənistan polisinin rəisi Valeri Osipyanla görüşün bu məsələ ilə bağlı aydınlıq gətirməsini tələb edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR