İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ermənistan açıqlaması: təbrik yenə olmadı

1325 13.12.2018 15:39 Region A A

Rusiya rəsmi səviyyədə ilk dəfə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə münasibət bildirib. Ancaq maraqlıdır ki, Moskva bu dəfə də Ermənistan hakimiyyətini intizarda saxlayaraq onu qələbə münasibətilə təbrik etməyib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Moskva Ermənistanın yeni parlamenti ilə konstruktiv dialoqa hazırdır.

M.Zaxarova bildirib ki, ölkəsi yeni parlament ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində dialoqa hazırdır. O, həmçinin Avrasiya İqtisadi Birliyi, KTMT və MDB çərçivəsində əməkdaşlığın davam etdiriləcəyini də anons edib.

Maraqlısı budur ki, Rusiya Ermənistandakı seçkilərdən sonrakı 5 gün ərzində İrəvana təbrik yollamayıb. Bu bəyanatda da “konstruktiv dialoq”dan bəhs olunur.

Belə aydın olur ki, Moskva Ermənistanın mövqeyini konstruktiv saymır. Əks təqdirdə 70,45 faiz səslə qalib olduğunu bəyan edən “Mənim addımım” blokunun lideri N.Paşinyana quru təbrik göndərərdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR