İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiyada bahalaşma Azərbaycana da təsir göstərə bilər” – iqtisadçı ekspert

2936 13.01.2019 18:58 Gündəm A A

Rusiyada ərzaq məhsullarının qiymətində bahalaşma qeydə alınıb. Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, 2018-ci ildə ərzaq məhsulları 4,7%, qeyri-ərzaq isə 4,1% bahalaşıb. 2018-ci ildə Rusiyada orta illik inflyasiya 4,3% təşkil edib.

2018-ci ildə ərzaq məhsulları 4,7%, qeyri-ərzaq isə 4,1% bahalaşıb. Həmçinin statistikaya əsasən, 2018-ci ilin dekabr ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri noyabr ayı ilə müqayisədə 0,8% artıb.

Rusiyada əlavə dəyər vergisi 1 yanvar 2019-cu ildən 20%-ə qədər artıb. Bu isə su, elektrik enerjisi, təbii qaz, benzin, dizel yanacağı, ictimai nəqliyyatda gedişhaqqı, tütün və tütün məmulatları da daxil olmaqla, bütün qiymətlərin bahalaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə,  Azərbaycanda 2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 2,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7% artıb.  Dekabr ayında isə noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb. 

2019-cu ildə Azərbaycanda aksiz verigiləri qaldırıldığı üçün xüsusilə spirtli içkilərin, enerji içkilərinin qiymətlərində artım var. Eyni zamanda digər qazlı və ya qazsız içkilərinin gömrük rüsumu qaldırıldığı üçün bu məhsulların da qiymətlərinin bahalaşacağı istisna deyil.  Həmçinin bölgələrdə unun da qiyməti bahalaşıb. Ekspertlərin fikrincə bu fakt isə ölkədə çörəyin, şirniyyat məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək.

Bəs qonşu ölkədə bahalaşmanın Azərbaycana hansı təsirləri olacaq?

Картинки по запросу Fikrət Yusifov

“Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, Rusiyadan idxalımız xeyli yüksəkdir: “Azərbaycanın Rusiyadan idxalı 1 milyard 700 min dollardan çoxdur. Ümumilikdə isə Rusiya ilə ticarət dövriyyəmiz isə 2 milyard yarım dollar ətrafındadır. Yəni bu ölkədən idxalımız, ixracımızdan çoxdur. Təbii ki, bəzi məhsulların qiymətlərinin bahalaşması, bizə də təsir göstərə bilər. Rusiyada bahalaşma təkcə xaricdən gətirilən məhsullarla bağlıdırsa, bu başqa. Lakin ümumilikdə qiymətlərin bahalaşması, Azərbaycana gətirilən məhsulların da qiymətlərinin yüksəlməsinə təsir göstərə bilər”.

Ekspert bildirib ki, dünyanın hər yerində aksiz vergisinin artırılması halları müşahidə olunur: “Aksiz vergisi bir qayda olaraq elə məhsullara tətbiq edilir ki, həmin məhsullar insanlar üçün həyati əhəmiyyət daşımır. Məsələn, un, ərzaq məhsullarına deyil, daha çox spiritli içkilərə və digər bu kimi məhsullara aksiz vergisi tətbiq olunur. Yəni bir növ deyərdim ki, bu vergi dəbdəbə üçün  nəzərdə tutulan məhsullara tətbiq olunur və onların da öz məhsulları, təyinatları var. Əsas ərzaq məhsulu çörək, un, qənd və digər bu kimi məhsullardır. Onlara da qeyd etdiyimiz vergi tətbiq olunmur”.

Похожее изображение

Yusifov Azərbaycanda bundan sonra ərzaq bazarında qiymətlərin necə dəyişəcəyi məsələsinə də toxunub: “Bazarda qiymətlər əsasən milli valyutanın məzənnəsindən asılı olacaq. Hələ ki, Mərkəzi Bankın götürdüyü kurs, bu günə olan iqtisadi durum və eyni zamanda 2019-cu il üçün proqnozlar, milli valyutanın məzənnəsinin dəyişməyəcəyini göstərir. Dünya bazarında son 10 gün ərzində neftin qiyməti  ucuzlaşırdı. Lakin hazırda qiymətlər artmaqda davam edir. Növbəti həftədə bu qiymətlərin bir qədər də bahalaşması gözlənilir. Belə olacağı təqdirdə manatın məzənnəsi dəyişməyəcək. Dəyişmədiyi təqdirdə isə xaricdən gətirilən məhsulların qiymətində artım gözlənilmir. Ola bilsin ki, təxminən 5 faiz bu və ya digər amillər səbəbindən bahalaşma olsun. Ancaq əsas bahalaşma o halda baş verir ki, milli valyutanın məzənnəsi dəyişir. Belə olan halda isə idxalçılar valyuta əldə etmək üçün bazara gətirdikləri məhsulların qiymətini milli valyutada qaldırırlar. Bahalaşmaya əsas səbəb budur ki, hazırda bu səbəblər baş vermir. Rusiyada qiymətlər qalxsa, orada gətirilən məhsulların qiyməti, Azərbaycanda da müəyyən qədər bahalaşa bilər”.

Əli Rais,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR