İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyində vəzifə alan 26 yaşlı gözəl qız... - FOTOLAR

5488 19.11.2017 17:06 Maraqlı A A

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu 26 yaşlı teleaparıcı Rossiyana Markovskayanı mətbuat katibi təyin edib.

Musavat.com xəbər verir ki, generalın bu təyinatı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

26 yaşlı gənc xanım gözəlliyi ilə diqqət mərkəzinə düşüb. R.Markovskayanın “Ria Novosti”yə açıqlamasına görə, bu vəzifəyə təyin olunması haqqında noyabrın 15-də əmr verilib.

Rusya'nın Yeni Sözcüsü Güzelliğiyle Hayran Bırakıyor

Rusiya müdafiə nazirinin mətbuat katibliyini edəcəyini qeyd edən Markovskaya mövcud olan mətbuat katibinin isə yeni vəzifəyə təyin olduğunu bildirib.


Rusya'nın Yeni Sözcüsü Güzelliğiyle Hayran Bırakıyor

Belə ki, Rossiyanadan əvvəl Müdafiə Nazirliyinin mətbuat katibi olan İqor Konaşenkov hazırda Kütləvi informasiya vasitələri departamentinin direktoru vəzifəsinə təyin olunub.

Rossiyana Markovskaya 1991-ci ilin yanvarında dünyaya gəlib. Vladivostokda Uzaq Şərq Federal Universitetinin jurnalistika fakultəsindən məzun olan 26 yaşlı Markovskaya “Vladivostok” televiziya və radiosunda müxbir və teleaparıcı kimi çalışıb.

Rusya'nın Yeni Sözcüsü Güzelliğiyle Hayran Bırakıyor

2015-ci ildə Rusiyanın Müdafiə Nazirliyinə aid televiziya olan “Zvezda” telekanalında da bir neçə vəzifəni icra edib.

Rusya'nın Yeni Sözcüsü Güzelliğiyle Hayran Bırakıyor

Sosial şəbəkələrdə olduqca geniş müzakirələrə yol açan gənc qızın təyinatı hər kəs tərəfindən maraqla qarşılanıb. Hətta ruslar onu “Bizim müdafiənin gözəli” belə, adlandırıblar.

Turan Oruc,
Musavat.com

Rusya'nın Yeni Sözcüsü Güzelliğiyle Hayran Bırakıyor

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR