İnsanlara hürriyət, millətlərə istiqlal!

Roberto Mançini: "İtaliya “Avro 2020”nin seçmə mərhələsində yalnız qələbə hədəfləyir"

623 26.03.2019 11:12 İdman A A

Futbol üzrə dünya çempionatına vəsiqə qazanmamağımız FİFA reytinqindəki mövqeyimizə əhəmiyyətli dərəcədə təsir göstərib və biz bu geriliyi aradan qaldırmaq istəyirik.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oynanılacaq matçdan əvvəl keçirdiyi mətbuat konfransında söyləyib.

“Artıq bir neçə aydır ki, İtaliya FİFA reytinqdə 18-ci yerdə qərarlaşır. Bu nəticə bizi qane edə bilməz. Ona görə də “Avro 2020”nin seçmə mərhələsində yalnız qələbə qazanmağı hədəfləyirik”, – deyə R. Mançini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR