İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Cəfərov həbsdə qaldı

620 19.12.2014 14:03 Son xəbər A A
Dekabrın 19-da hüquq müdafiəçisi Rəsul Cəfərovun Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Nəsimi Rayon Məhkəməsi dekabrın 10-da Rəsul Cəfərovun vəsatətinə baxmış, onu ev dustaqlığına buraxmamışdı. Bakı Apellyasiya Məhkəməsi bu gün həmin qərarı qüvvədə saxlayıb.

Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı “Azadlıq” radiosuna müsahibəsində deyib ki, müvəkkilinin ev dustaqlığına buraxılmasına mane olan bütün məsələlər artıq aradan qalxıb: “İş üzrə istintaq artıq yekunlaşıb. Rəsul Cəfərov həbs olunarkən istintaq orqanının gətirdiyi ehtimallar - onun istintaqdan qaçıb gizlənməsi, sübutları saxtalaşdırması, proses iştirakçılarına təsir etməsi ehtimalları tamamilə aradan qalxıb. Artıq işlə tanışlıq mərhələsidir. Rəsul Cəfərovun daimi yaşayış yeri var və bundan əvvəl də istintaqdan yayınmayıb. Buna görə də onun həbsdə saxlanmasına bir əsas qalmayıb”.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Dekabrın 12-də vəkil Fariz Namazlı “Media forum” saytına deyib ki, hüquq müdafiəçisi yenidən dindirilib, onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR