İnsanlara hürriyət, millətlərə istiqlal!

Regionlarda “nisyə dəftəri” problemi - SORĞU

1817 11.02.2019 14:51 Sosial A A

İlqar Hüseyn: “Rayonlarda ticarət münasibətlərinin 50 faizi nisyə satış üzərində qurulub”

Sosial Strateji Tədqiqatlar Mərkəzi regionlarda maraqlı sorgu həyata keçirib. Sorğu regionlarda yerləşən pərakəndə ticarət müəssisələrində - əsasən kiçik və orta sahibkarlıq subyektləri arasında aparılıb.

Mərkəzin rəhbəri İlqar Hüseynin verdiyi məlumata görə, soğru ölkənin 3 regionunda 20 müxtəlif xidmət fəaliyyətilə məşğul olan kiçik və orta sahibkarları(KOS) əhatə edib: “Sorğuda həmçinin aylıq ticarət dövriyyələrinə görə də qruplaşma etmişik. Belə ki, 10-15 min manat,15-25 min manat və 25-50 min manat dövriyyəsi olan KOS subyektlərində vətəndaşlarla ticarət münasibətində əhəməiyyətli rol oynayan "nisyə" satış məsələlərini araşdırmışıq.Nəticədə maraqlı rəqəmlər ortaya çıxıb. Belə ki, aylıq dövriyyəsi 10-15 min manat olan KOS-lar vətəndaşlarla 2017-2018-ci illər ərzində 5850 dəfə, aylıq dövriyyəsi 15-25 min manat olanlar 8340, aylıq dövriyyəsi 25-50 min manat olanlar isə 12800 dəfə nisyə satış ediblər.2019-cu ilin yanvar ayına birinci kateqoriyada nisyədən geri qaytarılmayan məbləğin miqdarı 22,4 faiz, ikincidə 28,7 faiz, üçüncüdə isə 38 faiz təşkil edir.Yəni bu rəqəmlər onu deməyə əsas verir ki, ölkənin regionlarında vətəndaşlar arasında ticarət münasibətlərinin az qala 50 faizini nisyə mübadilə təşkil edir”.

Hazırda Vergilər Nazirliyi tərəfindən sərt və ciddi yoxlamalar, operativ nəzarət, xüsusilə kassadankənar satışlara görə ağır məbləğli cərimələr tətbiq olunmağa başlayıb: “Regionlarda "nisyə" satış demək olar ki, çox ciddi bir sosial partlayışın qabağını almaqda davam edir. Əks halda, vətəndaşların böyük əksəriyyətinin nəğd hesablaşmalar etmək imkanları yoxdur. İstər müəllimlər, istərsə də pensiyaçılar aylıq maaş və pensiyaların ümüdindədirlər. Digər tərəfdən, sahibkarlar kassaya vurulan məbləğə görə dövlətə vergilər ödəməlidirlər. Bu halda ciddi bir sual yaranır ki, bəs nisyə satışla olan münasibətlər Vergilər Nazirliyinin əməkdaşları və sahibkarlar arasında necə tənzimlənməlidir?

İ.E.Hüseynin sözlərinə görə, regionlardakı vəziyyət nisyə satışın dayandırılmasını mümkünsüz edir. Buna görə də Mərkəz rəhbəri bu problemin həll yolunun tapılmasını zəruri hesab edir: “Burada bir neçə suala cavab tapılmalıdır. Birincisi, KOS nisyə dövriyyənin uçot və kassa sistemini necə qursun? İkincisi, nisyə satış zamanı Vergilər Nazirliyinin cərimə sanksiyalarından necə sığortalansın? Ümumiyyətlə geri qaytarılmayan məbləğlərin dövriyyəsini necə təqdim etsin? Nəhayət, sahibkar vergi məmuru operativ nəzarəti həyata keçirərəkən satdığı mal-materialın həqiqətən nisyə satıldığını necə sübuta yetirsin ki, cərimə sanksiyası ilə üzləşməsin? Bu çox ciddi və əhəmiyyətli bir problemdir və istənilən halda bir çıxış yolu olmalıdır ki, regionda vətəndaşlar daha da ağır duruma məruz qalmasınlar”.

İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul bildirir ki, bu aktual məsələnin digər tərəfi də var: “Pərakəndə satış nisyə mal satdığı kimi, təchizatçıdan da malı nisyə qəbul edir və satıldıqca pulunu ödəyir. Fikrimcə, bu məsələlər vahid şəkildə müzakirə olunmalı və çıxış yolları tapılmalıdır. Hesab edirəm ki, vəziyyətdən çıxmaq üçün müəyyən sadələşdirilmiş mexanizmlərin tətbiqi imkanları mövcuddur”.

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR