İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı qatili siyasətə qoşulduğunu bəyan etdi

679 17.01.2017 15:18 Region A A
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna sahiblənə bilməyən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan siyasətə qoşulmağa qərar verib. Ermənistan mətbuatının yazdığına görə, parlament seçkiləri öncəsi sabiq nazir bu gün sosial şəbəkə vasitəsilə artıq gələcək siyasi fəaliyyəti və hədəfləri ilə bağlı bəzi detalları açıqlayıb. 

Onun sözlərinə görə, qarşıya qoyduğu məqsədlərlə bağlı siyasi partiyalar, döyüş yoldaşları, dövlət strukturları, tanınmış ictimai xadimlər və ziyalılarla məsləhətləşmələrini davam etdirir. S.Ohanyan ölkəsini düşdüyü mürəkkəb vəziyyətdən çıxartmaq üçün həmfikirlərindən ibarət real proqrama, yol xəritəsinə malik komanda formalaşdırmaq, vahid alyans yaratmaq istədiyini iddia edib. 

“Bütün bunlarla bağlı müzakirələr növbəti mərhələlərdə olacaq və mən bu gün bu mərhələyə start verdim” - deyə S.Ohanyan əlavə edib. 

Artıq Xocalı canisinin müraciətinə reaksiyalar gəlməkdədir. Belə ki, Ermənistanda populyar olan Artur Aleksanyan apreldə keçiriləcək parlament seçkilərində S.Ohanyanı müdafiə edəcəyini bəyan edib. 

Qeyd edək ki, Ermənistan ordusunun ehtiyatda olan polkovniki Artur Aleksanyan-Amarasi ötən ilin payızında “Birləşmiş Ermənistan” adlı yeni hərəkat təsis edib. O, Sarksiyan hakimiyyətinə qarşı aqressiv münasibəti ilə seçilən şəxslərdəndir.

Cavid TURAN,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR