İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə bir ildə 163 mlrd. dollar xarici borc ödəyəcək

1996 17.01.2017 16:09 Region A A

Türkiyədə dövlət və özəl sektorun 1 dekabr 2016-cı il-1 dekabr 2017-ci il tarixləri arasında ödəyəcəyi xarici borcunun ümumi həcmi 163,3 mlrd. ABŞ dolları təşkil edəcək. 

"Report"un "Haberler" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Mərkəzi Bankının (TCMB) hesabatında məlumat verilib. 

Hesabatda bildirilib ki, bu məbləğin 19 mlrd. dolları və ya 11,6%-i Türkiyədə yerləşən bankların və özəl sektorun xaricdə yerləşən şöbələrinə və törəmə şirkətlərinə borclarından ibarətdir.
Məcmu borcun tərkibinə baxdıqda, dövlət sektorunun xüsusi çəkisinin 15,5%, TCMB-nin 0,5%, özəl sektorun isə 84% təşkil edildiyi görərik. Qısamüddətli xarici borcun 51%-i dollar, 30,6%-i avro, 15,6%-i türk lirəsi və 2,8%-nin digər valyutalardan ibarət olduğu qeyd olunub.
Qeyd edək ki, 6 yanvar tarixinə Türkiyənin qızıl-valyuta ehtiyatları 111 mlrd. dollar təşkil edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR