İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyan Ermənistanı tərk edib

5174 05.01.2017 21:40 Region A A
Ermənistan prezidenti Serj Sarkisyan qış tətilinə çıxıb. 

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, S.Sarkisyanın məzuniyyəti qısamüddətlidir.
 
Ermənistan prezidentinin mətbuat xidməti məlumatı təsdiqləməklə bərabər, S.Sarkisyanın məzuniyyətinin bir hissəsini ölkə xaricində keçirəcəyini açıqlayıb.

Qeyd edək ki, son vaxtlar davamlı şəkildə erməni ekspertlər Sarkisyan hakimiyyətini tənqid edir, ondan ölkəni rəzil günə salmasının hesabını verməsini istəyirlər. Hətta Ermənistan hakimiyyətinin əlindən bezib, Azərbaycanda yaşamaq istəyənlərin də sıraları artır. Bu kimi çıxışlara reaksiya verməyən Ermənistan prezidenti, görünür, bir müddət kənarda qalmağa üstünlük verib.

Cavid TURAN,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR