İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rustavi 2” teleşirkətinin baş direktorunu məşhur siyasətçinin oğlu döyübmüş

1344 08.01.2017 13:59 Region A A
"Rustavi 2" televiziya şirkətinin baş direktoru Nika Qvaramiyaya hücuma görə məsuliyyəti Gürcüstan prezidentliyinə keçmiş namizəd Rati Qaçeçiladzenin oğlu Levan Qaçeçiladze öz üzərinə götürüb.

Virtualaz.org gürcü KİV-nə istinadən bildirir ki, Levan Qaçeçiladze bu haqda öz Facebook səhifəsində yazıb.

Qaçeçiladzenin sözlərinə görə, o tək hərəkət edib: "Dining Room restoranında baş verənlər Qvaramiya və başqaları tərəfindən bir neçə il ərzində ailəmin fiziki və mənəvi təhqirlərə məruz qalmasına mənim reaksiyamdır. Məndən başqa, bu hadisədə heç kim iştirak etmirdi”.

Məşhur siyasətçinin oğlu onu da əlavə edib ki, vəkili ilə birlikdə hüquq-mühafizə orqanlarına getmək niyyətindədir.


*   *   *21:58

Şənbə günü, yanvarın 7-də Tbilisidəki restoranlardan birində “Rustavi 2” telekanalının baş direktoru Nika Qvaramiyanın döyülməsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi qaldırılıb.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, zərərçəkənin jurnalistlərə bildirdiyinə görə, restoranın zalında qəflətən işıqlar söndürülüb və kimsə onun başına ağır əşya ilə zərbə endirib. Qvaramiyanın sözlərinə görə, onunla bir masa arxasında oturmuş dostu da hücuma məruz qalıb.

“Düşünürəm ki, poli üçün hücum edənləri tapmaq elə də çətin olmayacaq, çünki restoranda müşahidə kameraları işləyir, - Qvaramiya deyib. – Hər şey edəcəyəm ki, cinayətkarlar cəzalarını alsınlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR