İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Ukraynada Moldova ssenarisi hazırlayır

1793 03.01.2017 15:39 Region A A
Ukraynada 2017-ci ildə növbədənkənar parlament seçkisi olmayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna parlamentinin sədri Andrey Parubiy söyləyib.

O, növbədənkənar parlament seçkisi ssenarisinin Rusiya tərəfindən Ukraynada təbliğ edildiyini bildirib:

“Növbədənkənar seçki olmayacaq. Mən əminəm ki, bu ssenari Ukraynaya xaricdən yeridilir. Rusiya bizim ölkənin daxilində situasiyanı destabilizasiya etmək üçün çoxlu vəsait xərcləyir. Parlament bu hücumların əsas meydançasıdır. Eyni ssenari Moldovada sınaqdan keçirilib. Rusiya bu ölkənin bütün vektorunu dəyişdirməyi planlaşdırırdı. Onlar bunu bizdə reallaşdırmağı bacarmayacaqlar”.

Qeyd edək ki, bundan öncə rusiyayönlü Moldova prezidenti İqor Dodon parlamenti buraxmaq istədiyi haqda bəyanat verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR