İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda silahlı qrupun 2 üzvü yaralanıb, 2 üzvü təslim olub, atışma davam edir - YENİLƏNİB, VİDEO

10978 31.07.2016 13:45 Region A A
Ermənistanın Sisyan rayonunda yüzlərlə adam etiraz aksiyasına çıxıb.
Aksiya iştirakçıları beynəlxalq avtomobil yolunu bağlayaraq barrikadalar qurublar.

***

Yerevanda “Sasna tsrer” qrupunun üzvü Seto Nazaryan yaralanıb. O, sinəsindən güllə yarası alıb.

Məlumata görə, Seto Yerevana Barselonadan qiyamçılara qoşulmaq üçün gəlib.

Artıq onun əməliyyat olunmaq üçün xəstəxanaya aparıldığı bildirilir.

Bu arada qiyamçıların lideri Pavel Manukyanı xərəkdə məhkəməyə gətiriblər. Məhkəmə cəmi 5 dəqiqə çəkib və P.Manukyan barəsində 2 aylıq həbs qərarı verib.

Polisin yaydığı məlumatda isə bildirilir ki, qiyamçılardan iki nəfəri təslim olub.

***

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atışma davam edir.
 
APA-nın məlumatına görə, Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks” agentliyinin əməkdaşına bildirib ki, gecədən indiyə qədər polkun binasında olan silahlı qrupun 2 üzvü polisə təslim olub.
 
İki silahlı isə yaralanıb və xəstəxanaya yerləşdirilib.
 
Hələ rəsmi açıqlama verilməsə də, böyük ehtimalla Ermənistanın güc strukturları zəbt edilən polis binasında əməliyyat aparır. 
 
***
14.05
 
“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atəş səsləri eşidilir.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, baş verən olayla bağlı hələ rəsmi informasiya yoxdur.
 
Hadisə yerində olan “RİA Novosti” əməkdaşı bildirib ki, hazırda polis binasına gedən yolu əhatəyə alan polislər arasında hər hansı fəallıq müşahidə olunmur.
 
Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib. İndiyə qədər atışma nəticəsində 2 polis əməkdaşı öldürülüb. Onlar Ermənistan prezidenti Serj Sərkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və “Təsis parlamenti”nin  sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Bu gün silahlılar bir neçə gün girov saxladıqları həkim briqadasını da azadlığa buraxıblar. 

*****
13:31

Ermənistan parlamenti İrəvanda polis bölməsinə hücumda Qarabağdan gətirilən qoşunların iştirak etdiya barədə bəyanat yayıb.

* * *

İrəvanda ələ keçirilmiş polis binasının ətrafında vəziyyət gərgin olaraq qalır. Doğrudur, zirehli texnika küçələrdən yığışdırılıb, polislərin sayı da azalıb, amma ara-sıra yenə partlayış səsləri eşidilir.

Ən güclü partlayış saat 11:20-də baş verib.

Onun təsirindən hətta qonşu küçələrdə park edilmiş avtomobillərin siqnalizasiya sistemləri də işə düşüb.


*   *   *
12:50

İrəvandakı qiyamçı qrupun üzvü Varujan Avetisyan deputat Zauri Postancyan vasitəsilə yeni bəyanat göndərib.

Virtualaz.org bildirir ki, bəyanatda deyilir: "Biz, "Sasna Tsrer " üsyançı hərəkata start verdik. Ümumxalq üsyanı başladı və onun qələbəsinə az qalıb. Belə bir vəziyyətdə "Sasna Tsrer” üçün əsas məsələ qan tökülməsinə yol verməməkdir. Burada isə həlledici faktor Jirayr Sefilyanın danışıqlardakı missiyası və son sözü olacaq.

Biz Serj Sarkisyanı bu şərtləri qəbul etməyə və Jirayr Sefilyanın bizimlə görüşünü təmin etməyə çağırırıq. Əks halda, axacaq qanlara görə məsuliyyət Sarkisyanın üzərinə düşəcək.

Biz eyni zamanda xalqı təkliflərimizin həyata keçirilməsi naminə hər şeyi etməyə və mənasız qan tökülməsinin qarşısını almağa çağırırıq”.

*****
23:53

Ermənistan paytaxtı Yerevan şəhərində keçirilən mitinqdə 2 mindən çox adam iştirak edir.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, yüzlərlə insan polis polkunun binasını ələ keçirmiş silahlı qruplaşmaya dəstək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb.
Etirazçılar dövlət orqanlarının binalarının yaxınlığında addımlayırlar. Onlardan bəziləri hökumət əleyhinə şüarlar səsləndirir.

Aksiyaçılar həmçinin tez-tez avtomobil yollarını da bağlayırlar.

Ermənistan rəhbərliyi prezident iqamətgahının, parlamentin və səfirliklərin binasının yerləşdiyti Yerevanın Baqramyan prospektinə xüsusi polis qüvvələri yerləşdirib.

Paytaxtın mərkəzində gəzintiyə çıxan nümayişçilər prezident iqamətgahının qədər getmək barədə qərar qəbul ediblər. Bu səbəbdən də Baqramyan prospekti polis tərəfindən bağlanıb.

Gələn xəbərlərdə bildirilir ki, nümayişçilərdən biri Baqramyan küçəsində özünü yandırmağa cəhd edib. O, üzərinə benzin tökərək özünü odlamaq istəyib, ancaq ətrafdakılar onun üstünə su çiləyərək ona mane olublar. Bir polis maşını özünü yandırmaq istəyən şəxsə yardım təklif edib, ancaq o şəxs imtina edib. Bununla belə bu şəxsi xəstəxanaya aparıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR