İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda rayon rəhbəri əsas küçəyə öz adını verib

919 09.01.2017 23:30 Region A A

Ermənistanın Nor-Qexi rayonunun başçısı Frontik Tevosyan 72 yaşının tamam olması münasibətilə rayon mərkəzinin əsas küçəsinə və buradakı musiqi məktəbinə öz adını verib.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, jurnalistlərlə söhbətində bu addımını Tevosyan belə izah edib: “Bəli, ad günüm münasibətilə küçəyə öz adımı vermişəm. Musiqi məktəbinə isə hələ yubileyim qeyd olunanda adımı vermişdim”.

Jurnalistlər maraqlanıblar ki, əgər toponimika dəyişiklikləri həvəskarı 80 illik yubileyini qeyd etsə, hansı addımı atacaq. Tevosyan kefini pozmadan cavab verib: “Əgər ölməyib sağ qalsam, rayona öz adımı verəcəyəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR