İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda daha bir hay-küylü qətl: Məmur oğlu güllələndi - Yeniləndi

1678 08.01.2017 00:01 Region A A

Yanvarın 7-də Ermənistanın Qeqarkunik vilayətində güllələnmə faktı qeydə alınıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş verən hadisə nəticəsində vilayətin vitse-qubernatoru Andranik Akopyanın oğlu Ayk Akopyan öldürülüb. 

İlkin araşdırmalara görə, məmur oğlu insident nəticəsində naməlum şəxs tərəfindən güllələnib. 

Ermənistanın hüquq mühafizə orqanlarının ilkin məlumatında deyilir ki, 28 yaşlı A.Akopyan gündüz saat 12 radələrində qətlə yetirilib. Cinayətkar ona AudiQ7 avtomobilinin sükanı arxasında olarkən atəş açıb. Nəticədə Akopyan yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, hələllik qatilin şəxsiyyətini və hadisənin başvermə səbəblərini müəyyənləşdirmək mümkün olmayıb.

Musavat.com erməni mediasının yaydığı son məlumata istinadən xəbər verir ki, artıq hüquq mühafizə orqanları qətli törədənin şəxsiyyətini müəyyənləşdirib. 

Vitse-qubernatorun oğlunu öldürən şəxsin Horatus kənd sakini olduğu bildirilsə də, adı açıqlanmayıb. Qətlin motivinə gəldikdə, versiyalarda biri budur ki, avtomobilə yol vermək üstündə mübahisə yaranıb və tərəflərdən biri silaha əl atıb. Araşdırmalar davam edir.

Cavid TURAN,
Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR