İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan böhranlı Ter-Petrosyan dövrünə qayıdır

2525 09.01.2017 19:43 Region A A
Ağır böhran şəraitində qışın sərtliyi ilə də üz-üzə qalan işğalçı Ermənistanın bir sıra yaşayış məntəqələrindəki məktəblərdə dərslər saat 10.00-dan başlanacaq. Hakimiyyəti belə bir qərarı verməyə ölkədə istilik təminatının olmaması səbəbindən vadar olub. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. 
 
“Bu gündən Ermənistanın orta ümumtəhsil məktəblərinin 3-12-ci siniflərində tədris prosesi bərpa olunub. Xoşagəlməz hava şəraiti ilə əlaqdar olaraq elm və təhsil naziri Levon Mkrtçyan ölkənin bütün vilayət administrasiyaları, həmçinin İrəvan meri ilə telefon əlaqəsi yaradıb” - deyə məlumatda deyilir. 

Xəbərdə deyilir ki, nazir tədrisin vəziyyəti ilə tanışlıqdan sonra paytaxt məktəbləri də daxil olmaqla, məktəblərin normal istiliklə təmin olunmadığı halda, dərslərə səhər saat 10.00-dan başlamağı tapşırıb. Eyni zamanda nazirin göstərişi ilə Ermənistan məktəblərində hər dərsin müddəti 30 dəqiqəyədək azaldılıb.

Ermənistan KİV-ləri xatırladıb ki, belə hadisə 90-cı illərin əvvəllərində, Levon Ter-Petrosyanın prezidentliyi dövründə yaşanıb. Ermənistan mediası əlavə edib ki, sonrakı dönəmlərdə hakimiyyət dəfələrlə Ermənistan məktəblərinin istiliklə tam təmin olunduğunu bəyan etsə də, 2017-ci ilin qışında “xoruzun quyruğu” görünüb. 

Cavid TURAN,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR