İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Vahid Avropa Ordusu qurmağı təklif edir

1438 16.10.2014 01:16 Region A A


Türkiyə Avropa Birliyinin (AB) üzvü olarsa, təşkilatın 60 minlik ordusunun qurulmasında kömək edə bilər. musavat.com-un məlumatına görə, bunu “Milliyet” qəzetinə müsahibəsində Türkiyənin AB məsələləri üzrə naziri Volkan Bozkır bildirib. 

Onun sözlərinə görə, belə ordu formalaşdırmaq qabiliyyətində olan dövlətlər elə də çox deyil. Nazir deyib ki, hazırda AB fövqəldövlət statusundadır, lakin “yumşaq güc” siyasəti aparmaq zorundadır, çünki vahid Avropa Ordusu yoxdur. 

Türkiyə rəsmisi ölkəsinin AB-yə qoşulması üçün Avropanın gələcəyinə strateji təsir edəcək 4 əsas meyara cavab verdiyini də vurğulayıb: “Bu – güclü iqtisadiyyat, gənc və işgüzar əhali, dünya neft-qaz resurslarının 70%-nin cəmləşdiyi regionda nəql marşrutlarında strateji mövqe, nəhayət, onun silahlı qüvvələridir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR