İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərdən estoniyalı sahibkara 20 milyonluq kələk

894 31.07.2014 13:23 Region A A
Estoniyalı sahibkar Erik Kundala Ermənistanda fırıldağa məruz qalaraq 20 milyon avro pul itirib.

Avropa.info-nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, estoniyalı sahibkar Ermənistanın qızıl sənayesinə yatırım etmək üçün İrəvanda bir sıra dövlət məmurları və sahibkarlarla əlaqəyə girib.

Estoniyalı biznesmenin sözlərinə görə, ona bu biznesə sərmayə yatrımaq üçün müxtəlif istiqamətlərdə ödənişlər etmək təklif olunub. O, bu ödənişləri etdikdən sonra biznesmenə bildirilib ki, nəzərdə tutulan yataqlarda qızıl tapılmayıb.

Beləliklə, onun 20 milyon Avrosu ermənilər tərəfindən mənimsənilib. Sahibkar daha sonra araşdırma apararaq müəyyən edib ki, onun ödədiyi pullar Ermənistan büdcəsinə yox, qeyri-qanunu olaraq erməni məmurlarına gedib. Onlar bu pulları öz adlarına rəsmiləşdiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR