İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov üçün çətin gün: seçimi nə olacaq?

3881 03.11.2017 08:50 Gündəm A A


Bu gün milli komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir; Aqil Abbas: “Qurban milliyə gəlsə, “Qarabağ” məhv olacaq”

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək məsələlər dəqiqləşib.

Qol.az-ın xəbərinə görə, bu haqda qurumun rəsmi saytında açıqlama verilib.

Qeyd edilib ki, noyabrın 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək iclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olacaq. Bundan başqa, “Avro-2020"nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya təqdim ediləcək.

Saat 9.30-da başlanacaq iclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.

Qeyd edək ki, bugünkü iclasda “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun millinin baş məşqçisi təyin ediləcəyi barədə xəbərlər yayılıb. Amma bu xəbərlərlə əlaqədar rəsmi açıqlama verilməyib. “İlin sonuna qədər Azərbaycan millisinə yeni baş məşqçi təyin olunacaq”. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Onun sözlərinə görə,  gələn ilin fevral-mart aylarında millinin təlim-məşq toplanışı nəzərdə tutulub: “Buna görə də ilin sonuna qədər bu məsələ həllini tapmalıdır”.

Image result for Qurban Qurbanov

E.Məmmədov millinin baş məşqçisinin yerli və ya əcnəbi mütəxəssis olacağı ilə bağlı deyib: “Bu məsələ İcraiyyə Komitəsində müzakirə edildikdən sonra katiblik fəaliyyətə başlayacaq”.

Deputat Aqil Abbas yeniçağ.az saytına açıqlamasında Q.Qurbanovun namizədliyi ilə bağlı bunları deyib: “Qurban ağıllı oğlandı, milliyə gəlməz. Nəyə lazımdır ki, yığmaya baş məşqçi gəlsin?

Image result for Aqil Abbas

”Qarabağ"ı gətirib bu cür səviyyəyə çatdırıb. Avropada doludu avaralar, gətirib birini milliyə baş məşqçi təyin edəcəklər də. Qurban Qurbanov razılıq versə belə, milli ilə yanaşı, “Qarabağ”a da rəhbərlik etməlidir. Lobanovski vaxtı Kiyev “Dinamo”sunun da baş məşqçisi idi, SSRİ-nin də. Ya ikisini də birlikdə yönəltməlidir, ya da gəlməz. Qurban milliyə gəlsə, “Qarabağ” məhv olacaq. Bunu sizə səmimi qəlbdən deyirəm".

Qurban Qurbanovun milliyə baş məşqçi gətirilməsinin əleyhinə olanlardan biri də “Yeni Müsavat”ın redaktoru Nazim Sabiroğludur. O, bu barədə mövqeyini bir neçə gün əvvəl  belə açıqlayıb: “Bu, ən pis variantdır. Qurban Qurbanov  və ”Qarabağ" klubunun rəhbərliyi özləri aralarında hansısa qərar verərsə, bu ayrı. O razılaşmanı dəyişməyə gücümüz yetməz. Amma AFFA rəhbərliyi də bir müddət əvvəl elə mən deyəni demişdi. Təxminən belə: “İmkan verək, Qurban ”Qarabağ"la məşğul olsun". Bu mənada mən Qurban Qurbanovun millinin baş məşqçi postuna təyinatına qarşıyam. Qurbanın “Qarabağ”da Azərbaycan futbolu adına gördüyü iş indi milli komandadan daha önəmlidir. Qurbanın da “Qarabağ”da hələ görəcəyi çox iş var... İmkan verək işini görsün".

Image result for Nazim Sabiroğlu

“Əgər Qurban Qurbanov milliyə baş məşqçi təyin olunsa,  mən bunu onun karyerasında geriyə atılmış addım kimi qəbul edəcəm”. APA-SPORT-un yazarı Zaur Xudiyev belə düşünür.  “Əgər kimsə Qurbanovun gəlib millini dediyim yüksək yarışlara çıxardacağına inanırsa, öz işidi, şəxsən mən inanmıram. Bizim yığmamızın özülü, ehtiyat qüvvəsi yoxdur. ”Baqaj"ımız, əldə olan oyunçularımız  qrupda maksimum 3 və ya 4-cü yerə iddia etməyə çatır ki, onu Prosineçki də işinə azca məsuliyyətlə yanaşsa, əldə edə bilərdi. Buna görə Qurbanı yerindən tərpətməyə gərək yoxdur"-deyə, o bildirib.

Image result for Arif Əsədov:

“Neftçi"nin sabiq baş məşqçisi  Arif Əsədov: “Bu gün millinin baş məşqçisi vəzifəsinə ən real namizəd Qurban Qurbanovdur. Ancaq onun ”Qarabağ"dakı işi də Azərbaycan futbolu üçün önəmlidir. Eyni vaxtda iki yerdə işləsə, təbii ki, çətinliklər yarana bilər. Başqa yerli məşqçiyə də müraciət etmək olar. Məsələn, Şahin Diniyev də bu gün millimizi çalışdıra bilər. Onun kifayət qədər təcrübəsi var".

Image result for Şahin Diniyev

“Kəpəz”in baş məşqçisi olan Şahin Diniyev isə dsport.az-a açıqlamasında “Qurbanov millidə özü üçün inkişaf yeri görürsə, gedə bilər” deyib:  “Milli klub deyil. FİFA-nın qanunlarına əsasən yoldaşlıq oyunlarından 48 saat qabaq, rəsmi oyunlardan qabaq isə 72 saat məşqə verilən vaxtdı. Məhz bu məşqdə məşqçi komandanı oyuna hazırlayır. Hər bir məşqçi maksimumu istəyir. Burada nə sizin, nə mənim yox, baş məşqçinin fikirləri vacibdir. Yəni baş məşqçi özünü burada görürmü? Hazırda Azərbaycan millisinə bir nömrəli namizəd Qurban Qurbanovdu. O, buna layiqdi. Bu, danılmaz faktdır”.  O, özünü milli komandanın rəhbərliyində görmədiyini deyib. 

ORXAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR