İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətl törədən şəxsə 5 il müddətinə həbs cəzası verildi, məhkəmədə gərginlik yaşandı

1627 19.07.2018 18:29 Kriminal A A

Qətl törətməkdə təqsirləndiriləm gəncə hökm oxunub. Məhkəmə sonunda mərhumun ailəsi narazılıq edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sabit Bağırovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror S.Bağırovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmədə müşavirədən sonra hökm oxunub. Hökmə əsasən S.Bağırov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Mərhumun ailə üzvləri buna etiraz ediblər və hökmün ədalətsiz olduğunu söyləyiblər.

Qətl hadisəsi ötən ilin may ayında Nizami rayonundakı kafelərdən birinin qarşısında baş verib. Hər iki hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Bakının Nizami rayonu, Babək prospektindəki kafelərdən birinin qarşısında Ağsu sakini Sabit Bağırov mübahisə zəminində tanışı, Bakı şəhər sakini Valeh Heydərova bıçaqla xəsarət yetirib.

Xəstəxanaya aparılan V.Heydərov yolda dünyasını dəyişib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR