İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər ABŞ-dan 2,5 milyard dollarlıq hava hücumundan müdafiə sistemləri alacaq

646 19.04.2018 22:02 Dünya A A

Qətərin Müdafiə Nazirliyi Amerika istehsalı olan hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı ABŞ-la müqavilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, Al Jazeera telekanalının yaydığı məlumata görə, hava hücumundan müdafiə sisteminin istehsalçısı “Raytheon” kompaniyası ilə müqavilə əmirliyin müdafiə üzrə dövlət naziri Xalid bin Məhəmməd əl-Atıyın Vaşinqtona səfəri zamanı imzalanıb. Müqavilənin detalları açıqlanmır. Qətərin dövlət naziri aprelin 18-də Pentaqonun rəhbəri Ceyms Mettislə danışıqlar aparıb və Suriyadakı vəziyyəti müzakirə edib.

Qeyd edək ki, müdafiə nazirlərinin görüşü Vaşinqtonun Suriyada keçirilən əməliyyatlara ərəb ölkələrini və o cümlədən Qətəri cəlb etmək planları barədə xəbərlər fonunda baş tutub.

Bir qədər əvvəl, aprelin 17-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr ərəb ölkələrinin hərbi kontingentinin Suriyaya göndərilməsinin mümkünlüyünü bildirmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR