İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevaya Kastamonu Universitetinin Fəxri Doktorluğu verilib

3683 27.02.2018 19:58 Gündəm A A

Xocalı soyqırımı ilə bağlı konfrans vermək üçün Kastamonuda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevaya universitet tərəfindən Fəxri Doktorluq təqdim olunub.

Tədbirdə çıxış edən universitetin rektoru Prof.Dr. Seyid Aydın millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevanın Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi, Türk dünyasının birliyi istiqamətində fəaliyyətlərindən danışaraq onu universitetin senatının qərarı ilə Fəxri Doktor adına layiq gördüklərini deyib. Bu yüksək etimad üçün univerditetin rəhbərliyinə, senat üzvlərinə və bütün ziyalılara təşəkkürünü bildirən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu etimadı doğrultmaq üçün bundan sonra da hər zaman çalışacağını deyib.

Millət vəkili Q. Paşayeva və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Kastamonu Universitetinin rektoru Prof.Dr. Seyid Aydınla da görüşüblər. Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri,professor Rəna Mirzəzədənin də iştirak etdiyi görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan tələbələrlə bağlı müzakirələr olub. Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub. Millət vəkili,Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili,Dr.Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və bu mövzularla bağlı millət vəkili Universitet gəncləri ilə geniş müzakirələr aparıb və rektorla görüşündə gənclərlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Qənirə Paşayeva Kastamonu Universitetinin rektoru Prof.Dr. Seyid Aydına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin Kastamonuda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR