İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Tovuzun 5 kəndində içməli su xəttinin açılışı ilə bağlı sakinləri təbrik edib

494 19.12.2018 17:49 Sosial A A

Millət vəkili Qənirə Paşayeva özünün facebook sosial şəbəkəsindəki hesabında Tovuz rayonunun bəzi kəndlərinin içməli su ilə təmin ediləcəyi barədə məlumat paylaşıb. 

Musavat.com millət vəkilinin həmin statusunu olduğu kimi diqqətinizə çatdırır: "Sabah Tovuzumuzun 5 kəndinə yeni içməli su xəttinin açılışı olacaq. Bu gözəl hadisə münasibətilə seçicilərimi təbrik, cənab Prezidentimizə isə təşəkkür edirəm. Çox sevindirici hadisə münasibətilə əziz seçicilərimi, dəyərli Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Qədirli və Çilodvarlı kənd sakinlərini təbrik edirəm.

5 kəndimizin əziz sakinlərinin içməli su ilə bağlı yaşadıqları böyük problemləri kəndlərimizi ziyarət zamanı yerində görüb, narahat olurduq və onların müraciətlərini bir neçə dəfə Milli Məclisdə qaldıraraq, "Azərsu" ASC-nin rəhbərliyinə müraciətlər edərək, problemin həllinə yardımçı olmağa çağırıb, xahiş və təkliflərlə çıxış etmişdim. Cənab Prezidentimizə xüsusi təşəkkürlərimi bildirirəm ki, onun imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq, bu 5 kəndimizin də  içməli su ilə bağlı yaşadıqları problemin həlli üçün vəsait ayrılması nəzərdə tutulmuşdu və qısa zamanda işlər başa çatdı. İlk öncə cənab Prezidentimizə kəndlərimizin içməli su ilə təminatının yaxşılaşdırılmasına göstərdiyi dəstəyə görə öz adımdan və seçicilərim adından, bütün Tovuz ictimaiyyəti adından təşəkkür edirəm.

Eyni zamanda işləri həyata keçirən "Azərsu" ASC-nin rəhbərliyinə, əməyi keçən hər kəsə, rayon icra hakimiyyətinə də təşəkkür edirik. Sabah açılış mərasimində MM-in Səhiyyə komitəsinin iclası və vacib müzakirələr səbəbi ilə iştirak edə bilməsəm də, bütün sakinlərimizi bir daha təbrik edirəm. İnşallah yaxın günlərdə bu kəndlərimizi ziyarət edəcəm və onlarla görüşəcəyik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR