İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda sərxoş piyadanı avtomobil vurub

431 10.12.2018 04:07 Kriminal A A

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerli Hacıməmmədov Nurlan Məcid oğlunun "VAZ" markalı avtomobillə Aslanbəyli kəndi ərazisində hərəkətdə olan zaman qeydə alınıb.

Rayonun 1954-cü il təvəllüdlü Yuxarı Salahlı kənd sakini Umudov Abdulla Meydanəli oğlu sərxoş halda qəflətən avtomobilin önünə çıxıb. Nəticədə maşın onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada elə sürücü tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

Onun vəziyyətinin hazırda orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Xaçmazda piyadanı maşın vurub, digər avtomobil isə üzərindən keçib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR