İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaşının arvadını yandıraraq, öldürən şəxsə 18 il müddətinə həbs cəzası istənilib

837 11.12.2018 16:57 Kriminal A A

Qardaşının arvadını yandıraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror İlkin Əsgərovun törətdiyi əmələ görə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş tərəf bu cəzanın az olduğunu deyib. Məhkəmə prosesi dekabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Amma İlkin Əsgərov məhkəmədə deyib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR